Füzulidə qaz vurub qazan dolduranlar
26-01-2013, 13:50
Oxunub: 7 316
Düşmənlə üz-üzə yaşayan vətəndaşlarımız yerli qaz-istismar idarəsi əməkdaşlarından giley-güzar edirlər
Redaksiyamıza Füzuli rayon sakinləri adından şikayət məktubu daxil olub. Düşmənlə üz-üzə yaşayan vətəndaşlarımız yerli qaz-istismar idarəsi əməkdaşlarından giley-güzar edirlər. Biz də şikayətçilərin problemini qarşı tərəfə də mövqe ifadəsi haqqını tanıyaraq diqqətinizə çatdırmaq qərarına gəldik.
Beləliklə, saytımızın electron poçtuna daxil olan məktubda deyilir: “Cəbhə bölgəsində məskünlaşan, məcburi köçkün həyatı yaşamış, indi də hər dəqiqəsi ölümlə, müharibə ilə, odla, alovla, təhlükə ilə üz-üzə həyat tərzi sürən Füzuli əhalisinə Füzuli rayon Qaz istismar idarəsi tərəfindən zülm edilir.
Dövlətimizin diqqəti, qayğısı nəticəsində Füzuli sakinlərinə qazdan istifadədə müəyyən imtiyazların verilməsinə baxmayaraq, Füzuli rayonunun kəndlərinin, o cümlədən Horadiz şəhərinin qaz təminatında böyük fasilələr yaradılır ki, bu da sünidir. Horadiz sakinlərinin qazları tez-tez “borcunuz var” adı altında kəsilir. Sonra qazı qoşmaq üçün əlavə pul alıb, qaz verilişini bərpa edirlər.
Əhalinin imtiyazlı qazı olduğu halda onlardan əlavə pul tələb edirlər. Pulu verməyəndə əhalinin qazını kəsməklə hədələyirlər. Heç bir xəbərdarlıq etmədən sakinlərin qazlarını kəsirlər. Qazı qoşdurmaq isə Qaz idarəsi üçün bir biznes sahəsinə çevrilib. Əhali arasında danışılır ki, qazı fasilələrlə verməkdə qaz istismar idarəsinin məqsədi var. belə ki, təbii qazın Füzuli rayonuna imtiyazla verilməsi işbaz məmurlar üçün fürsət rolunu oynayır.
Əhalidən kəsilməklə “qənaət olunan” təbii qaz təşkilatlara və digər sahələrə satılır ki, bununla da yerli qaz istismar idarəsinin rəhbərliyi yüklü miqdarda pul qazanmaqdadır. Elektrik verilişindədə eyni qaydada fasilələr yaranır”.
Daha sonar narazı vətəndaşlar üzləşdikləri problemlərlə bağlı prezidentdən kömək istəyirlər: “Hörmətli Cənab Prezident. Sizin əhaliyə olan qayğınız bəzi məmurlar tərəfindən rəsmən istismar edilməkdədir. Əhaliyə isə rüşvət, əzab, əziyyət, soyuq qış günlərində soyuqda, qaranlıqda qalmaq qalır. İnanırıq ki, əhalini incidən məmurlar cəzalarına çatacaqlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər