BolgeXeber.Com » Bölgə » Tərtərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilib-FOTO
Tərtərdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilib-FOTO
26-05-2018, 18:09
Oxunub: 6 040
Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Uşaq-Gənclər Şahmat məktəbində YAP Tərtər Rayon Təşkilatının, Təhsil şöbəsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 6, 8, 10, 12, 14 yaş qruplu uşaqları arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan şahmat turniri keçirilib
Bolgexeber.com xəbər verir ki,turnirdə rayonun 70 gənc şahmatçısı mübarizə aparıb.
Yarışda 6-8 yaş qrupu üzrə 1 saylı tam orta məktəbin şagirdləri Aliyə Əhmədli, 8-10 yaş qrupu üzrə İbrahim İbrahimli, 12-14 yaş qrupu üzrə 5 saylı tam orta məktəbin şagirdi Cavidan Qurbanzadə birinci yeri, 6-8 yaş qrupu üzrə 5 saylı tam orta məktəbin şagirdi Davud Qurbanzadə, 8-10 yaş qrupu üzrə 1 saylı tam orta məktəbin şagirdi Sənan Vəliyev, 12-14 yaş qrupu üzrə isə 2 saylı məktəb-liseyin şagirdi Rəsul Məmmədzadə ikinci yeri qazanıblar.
Qalib gələn idmançılara Cümhuriyyətin 100 illiyinə həsr olunan ümumrayon tədbirində Təhsil şöbəsi və Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplomlar və hədiyyələr təqdim olunacaq.
Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov gənc şahmatçıları salamlayıb, onlara Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, müsəlman dünyasında ilk dünyəvi respublika olması, Azərbaycanın 1991-ci ildən bəri keçdiyi müstəqillik yolu, əldə etdiyi nailiyyətlər, ölkəmizdə şahmatın inkişafı barədə məlumat verib.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər