BolgeXeber.Com » Bölgə » Hacıqabulda1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib-FOTO

Hacıqabulda1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilib-FOTO

4-06-2018, 17:02
Oxunub: 5 141 Hacıqabulda1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü  qeyd edilib-FOTO1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

01.06.2018-ci il tarixində Hacıqabul rayonda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirildi. Əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyuldu. Sonra tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Tədbirdə Hacıqabul rayonunun bütün idarə və təşkilatlarının nümayəndələri, il ərzində fərqlənən məktəblilər və onların valideyinləri iştirak etdilər. Tədbiri giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov açdı, sonra İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarov 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bütün uşaqları təbrik etdi, onlara xoş arzularını çatdırdı və bir qrup fəal uşağı qiymətli hədiyyələrlə mükafatlandırdı. Sonra Şükür Məmmədov təhsildə fərqlənən bir qrup şagirdə hədiyyələr verdi. Sabirabad Regional Mədəniyyət idarəsinin Hacıqabul rayonu üzrə nümayəndəsi Elnur Əmiraslanov, Gənclər və İdman idarəsinin rəisi Saleh Ələskərov mədəniyyət və idman sahəsində fərqlənən bir qrup uşağı qiymətli hədiyyələrlə mükafatlandırdılar. Uşaqların adından bir məktəbli qız çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi.
Parkda açılmış əl işlərindən ibarət sərgiyə tamaşa edildikdən sonra tədbirin bədii hissəsi açıq kinoteatrda davam etdirildi. Hacıqabul şəhər Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərinin ifasında mahnılar, şeirlər səsləndirildi. “Fidanlar” baxçasının da körpələri bir-birindən maraqlı çıxışlar etdilər. Gözəl, şən mahnı sədaları altında uşaqlar rəqs etdilər.

Bolgexeber.com