Tərtərin Borsunlu kəndində növbəti səyyar-qəbul görüş oldu-FOTO
9-06-2018, 14:59
Oxunub: 5 751
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüş təmas xəttinə yaxın yerləşən Borsunlu kəndində oldu
Bolgexeber.com xəbər verir ki,qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Borsunlu kənd İƏD üzrə nümayəndə Xaləddin Qarayev kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Vaqif Qədimov kənddə görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışaraq, göstərilən qayğıya görə cənab Prezidentə öz minnətdarlığını bildirdi və Borsunlu kəndinə gedən yolun əsaslı təir olunması, sakinlərdən Aytən Əliyeva köhnəlmiş işıq dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsi, Məhruzə Həsənova məktəb üçün yeni binanın tikilməsi, Xəyyam Asalanov suvarma suyu üçün əlavə subartezian quyularının qazılması və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri təmas xəttində yaşayan əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər