Zaqataladan həyacanlı xəbərlər
31-01-2013, 09:35
Oxunub: 6 148
Rayonun zəlzələdən əziyyət çəkən 6 kəndinin sakinləri kütləvi aksiyalara hazırlaşır; əməkdaşlarımız rayondan xəbər verirlər
Yanvarın 30-da Zaqatalanın zəlzələdən əziyyət çəkən Muxax, Gözbara, Dançı, Çobankol, Qımır və Mamrux kənd sakinlərinin icra hakimiyyəti önündə keçirəcəyi aksiya əngəlllənsə də, onlar yarımçıq aksiyanı yanvarın 31-də davam etdirmək niyyətindədirlər. Hazırda Zaqatalada olan reportyorlarımızın verdikləri məlumata görə, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin rayon sakinləri ilə görüşü bir nəticə verməyib: “Hər halda rayon sakinləri bu qənaətdədirlər. Onlar yanvarın 31-ə böyük bir aksiya keçirmək istəyirlər. Deyirlər ki, kənd sakinləri rayon mərkəzinə doğru yürüş etmək istəyirlər”.
Zaqataladan xəbər verən əməkdaşlarımızın sözlərinə görə, planlaşdırılan aksiya ilə bağlı rayon polisi hərəkətə keçib: “Artıq rayon mərkəzində, xüsusilə, rayon icra hakimiyyətinin yerləşdiyi Car küçəsi 3 ünvanda polis postları qurulub. Polisə gizli şəkildə ərazini nəzarətə götürmək və kənar şəxlərin oradan uzaqlaşdırılmaq tapşırığının verildiyi deyilir. İcra hakimiyyətinə gəlib-gedən şəxslər ciddi şəkildə yoxlanılır. Sabahkı aksiyanın da məhz burada keçiriləcəyinin planlaşdırılması ilə bağlı xəbərlər yayılıb”.
Zəlzələdən əziyyət çəkən və evləri qəzalı vəziyyətdə olan sakinlərdən bəziləri əməkdaşlarımıza bildiriblər ki, dövlət evlərini tam təmir etməyincə aksiyalara davam edəcəklər: “Çalışacağıq keçirəcəyimiz aksiyalar kütləvi olsun. Biz evlərimizin təmir olunacağını gözləyirdik. Gətirib bizlərə 1000 manat kompensaisya verdilər. Biz o pula iki qapı belə zorla alarıq. İcra hakimiyyətində dəfələrlə olmuşuq. Ötən günlər bir daha göstərdi ki, bizim problemimiz heç kəsin marağında deyil. Bizi Allahın ümidinə buraxıblar. Baş verə biləcək olaylara görə də bu hakimiyyət səbəbkardır”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər