Torpaq şöbəsinin müdiri rüşvət alarkən yaxalandı
5-02-2013, 00:45
Oxunub: 5 343
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları fevralın 4-də saat 17 radələrində Salyanda xüsusi əməliyyat keçirib.
Əməliyyat nəticəsində Salyan rayon torpaq şöbəsinin müdiri Oqtay Quliyev və onun Yusif adlı köməkçisi həbs ediliblər. Bu barədə müsavat.coma Salyandakı mənbələrdən məlumat daxil olub.
Mənbənin məlumatına görə, Salyan torpaq şöbəsindən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. İdarənin əməkdaşları konkret şikayət əsasında torpaq şöbəsində əməliyyat keçiriblər. Əməliyyat nəticəsində O.Quliyev və köməkçisi 3 min manat nömrələnmiş pulu rüşvət qismində alarkən yaxalanıblar. Hazırda şöbənin fəaliyyəti araşdırılır və başqa şəxslərində həbs olunma ehtimalı var.
İş günü başa çatdığından Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə məlumatıdəqiqləşdirmək mümkün olmadı.
Məsələ iləbağlı əlavə məlumatlar olarsa, oxucuların diqqətinə çatdıracağıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər