Cavid Qurbanovun qohumunun daha bir özbaşınalığı
6-02-2013, 23:35
Oxunub: 6 399
Bolgexeber.com saytına maraqlı bir məktub daxil olub
Məktubu olduğu kimi təqdim edirik: “27 saylı Qazax Yol İstismar İdarəsinin rəisi Həsən Hadıyev haqqında dəfələrlə mətbuatda yazılmasına baxmayaraq, Yol Nəqliyyat Departamentinin sədri Cavid Qurbanovun qohumluğuna arxalanaraq, heç rayon rəhbərliyinin tapşırıqlarına da əməl etmədiyi göz önündədir. Çünki, rayonun bütün kəndlərinə gedən asfalt yollarının hamısı son dərəcə bərbad haldadır. Bütün kəndlərdən Həsən Hadıyevə ünvanlanan müraciətlərin və sualların hər birinə bircə cavab verir: “Gedin Nəqliyyat Naziri Ziya Məmmədova və Departamentinin sədri Cavid Qurbanova yazın qoy bizim idarəyə material və vəsait göndərsin, məndə yolunuzu təmir edim. Yoxsa bizim nə vəsaitimiz var, nə də materialımız. – Birdəki rayon rəhbərliyi mənə imkan vermir. Zavodu işə salan kimi, belimə elə iş yükləyirlər ki, bir il altından çıxa bilmirəm”.
Amma dediklərinin heç biri düz deyil. 27 saylı Yol İstismar İdarəsinin adının çəkilməsini istəməyən bir əməkdaşının verdiyi məlumata görə, Həsən müəllim ildə 2-3 dəfə yolların təmirində yaxşı işlədiklərinə görə idarənin bütün kollektivinə əlavə əmək haqqı və yardımlar da ayırmışdır ki, bu barədə əlimizdə sənədlər də var. Adıçəkilən idarənin işləyən texnikasının çoxu idarənin rəisi Həsən Hadıyev tərəfindən rayonda fəaliyyət göstərən bəzi özəl idarə və təşkilatlara rəsmi və qeyri-rəsmi yollarla icarəyə verilir ki, o da Həsən müəllimin cibinə axır. Araşdırmalarımız nəticəsində biz aydınlaşdırdıq ki, adıçəkilən idarənin nəzdində 70 nəfər civarında işçisi var ki, onların yarısı ölücandır və maaşlarını Həsən Hadıyev alır, və həmin ölü canlar da gələcəkdə təqaüd alacaqlarına ümidlənərək bu günki taleləri ilə barışmalı olurlar. Bütün bunlara rəğmən yenə də biz ümid edirik ki, Qazax rayon əhalisinin ümidləri heçə çıxarmayıb, Həsən müəllimin təbirincə desək öz xalası oğlundan Qazax rayonunun yollarını təmir etdirməsi üçün tövsiyyələrini və gərəkirsə vəsait ayıracağını əsirgəməyəcək”.
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər