BolgeXeber.Com » Bölgə » Lerikin xidmət rəisi rayonda sosial partlayiş yaradan faktora çevrilir
Lerikin xidmət rəisi rayonda sosial partlayiş yaradan faktora çevrilir
11-02-2013, 12:50
Oxunub: 5 670
Lerik rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində korrupsiya yoxlamalarıının keçirilməsi gözlənilir.
Yoxlamanın keçirilməsinin səbəbi son zamanlar vətəndaşların Lerik rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Elməddin Cəfərovdan olan şikayətlərin çoxalmasıdır.
Bu barədə Pia.az-a Lerikdən daxil olan məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, Elməddin Cəfərovun neqativ fəaliyyətindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovun da məlumatı var. Çünki Lerik sakinləri davamlı olaraq Lerik xidmət rəisinin qanunsuz əməlləri ilə bağlı Arzu Rəhimova şikayət məktubu ilə müraciət edilir.
Məlumata əsasən Elməddin Cəfərov aldığı «bəxşişlər» hesabına imkanlı ailələrin uşaqlarını hərbi xidmətdən yayındıraraq onlara möhlət verilməsini təmin edir və bundan sonra çağırışçı planını doldura bilmək üçün imkansıx ailəlrin xəstə uşaqlarını hərbi xidmətə aparır. Bildirilir ki, son çağırışda da Lerikdən ağ ciyərlərində problem olan bir neçə çağırışçı hərbi xidmətə aparılıb. Hansı ki, onlara müalicə olunmaq üçün möhlət verilməliydi. Lakin həmin ailələr imkansız olduqlarına görə, Elməddin Cəfərov onları hərbi xidmətə yollayıb.
Məlumatda bildirilir ki, hazırda qospitallarda onlarla Lerikdə çağırılmış hərbi xidmətçi müalicə olunmaqdadırlar və bu əsgərlər xəstəlikləri heç də xidmət etdikləri yerdə qazanmayıblar. Sadəcə xəstə vəziyyətdə hərbi xidmətə aprarılıblar.
Bundan başqa bildirilir ki, Elməddin Cəfərov əvvəllər möhlət almış, hazırda 35 yaşını doldurmamış çağırışçılardan hər çağırış dönəmində haqq almaqdadır. Həmin şəxslərin bəzilərinin 3 uşağının olmasına baxmayaraq, xidmət rəisi qanundan kənar olaraq onlardan pul tələb edir. Yaşı 35 qədər olan və hərbi xidmətdə olmayan şəxslərin sayı isə Lerikdə yüzdən artıq olduğu bildirilir. Bunların hardasa 70-80 faizinin iki, ya da üç uşağının olduğu qeyd olunur.
Qarşı tərfində mövqeini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər