İrəvanlı kəndində başçının səyyar qəbul-görüşü oldu-Tərtərdə
17-08-2018, 17:30
Oxunub: 5 791
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü İrəvanlı kəndində oldu
Bolgexeber.com bildirir ki,qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Əvvəlcə İrəvanlı kənd İƏD üzrə nümayəndə Bəxtiyar Cəfərov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra sakinlərin müraciətləri dinlənilib. Kənd ağsaqqalı Yığbal Həsənov qəbula gələnləri salamlayaraq bildirib ki, kəndin sosial problemləri həll olunub, qaz, işıq, içməli su, yol sarıdan korluğumuz yoxdur. Yolumuzun asfaltlanması gediş-gəlişimizi asanlaşdırıb. Bunun üçün möhtərəm prezidentimizə minnətdarlığımızı bildiririk. Kəndimizddəki köhnə elektrik dirəkləri yenisi ilə əvəz olunsa, daha yaxşı olar.
Sonra kənd sakinləri Mahir Abbasov kənddə yeni subartezian quyusunun qazılması, Nəsib Quluyev kənddaxili yolların asfaltlanmasına ehtiyac olduğunu bildiriblər. Rza Əhmədov isə təsərrüfatının suvarılması ilə bağlı müraciət edib.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.
Sonra rayon rəhbəri görülən işlərdən, kənd əməkçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb, onlara yeni-yeni əmək nailiyyətləri diləyib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər