BolgeXeber.Com » Bölgə » Prezident Qazaxa 6,9 milyon manat pul ayırdı

Prezident Qazaxa 6,9 milyon manat pul ayırdı

18-02-2013, 20:40
Oxunub: 4 766 Bolgexeber.com xəbər verir ki, sərəncama görə, iyirmi altı min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Qazax-Quşçu Ayrım avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 6,9 (altı milyon doqquz yüz min) milyon manat ayrılması nəzərdə tutulur.