İcra başçısı Yevlaxda dayanacaq yerini də satdı
19-02-2013, 09:35
Oxunub: 6 167
Qoca Səmədovun adamları Xaldandakı dayanacağı “metallom”da əridib
“Yevlağın Xaldan kəndində yol kənarında 40 ildən çox idi ki, Bakı və digər istiqamətlərə sərnişin yola salınması üçün kassa var idi. Bu xidmətin yerləşdirildiyi yerdə dayanacaq yeri vardı. Dəmirdən olan həmin dayanacaq fevralın 7-də söküldü”.
Bunu redaksiyamıza müraciət edən Xaldan sakinlərindən biri deyib. Onun sözlərinə görə, rayonun icra başçısı gözünə xoş gələn əraziləri ən müxtəlif bəhanələrlə özününküləşdirir: “Dayanacağı götürdülər və aydın oldu ki, insanların dayandığı və oturduğu dayanacaq yeri ticarət obyekti kimi icra hakimiyyəti tərəfindən satılıb. İndi insanlar harada dayanacaqlarını bilmir. Bu dayanacağın yerini satın alan şəxs - Fəxrəddin Nəriman oğlu bir dəfə də Yevlax rayon Quşçu kəndinin örüş torpaqlarını almışdı. Kənd sakinləri buna cavab olaraq Bakı-Balakən yolunu kəsdi. O vaxt televiziyalar çəkiliş apardı və insanların narazılığı nəzərə alındı”.
Xaldan sakini yerli məmurların acgözlüyündən də danışdı: “Dayanacaq yerini satıblar, amma gözləri doymur. Təsəvvür edin ki, icra başçısı Qoca Səmədovun adamları dayanacağı da aparıb ”metallom"a satdılar".
Qeyd edək ki, ötən sayımızda Q.Səmədovun Yevlaxda sahibkarlara münasibəti haqda yazmışdıq. Yazıda sahibkarlardan birinin icra başçısının adamları tərəfindən döyülməsi qeyd olunurdu. Xaldan sakini bu olayla bağlı bunları dedi: “Xaldanda həmin sahibkarı başçının adamları camaatın gözü qarşısında döyüb. Bunu camaat videoya da çəkib. O video Yevlax hüquq-mühafizə orqanlarında da var. Amma camaat görür ki, şikayətin heç bir nəticəsi yoxdur. Qoca Səmədovun Yevlaxda kəsdiyi başa sorğu-sual yoxdur. Ona görə də camaat icra başçısının hərəkətlərindən çox qəzəblidir. Gec-tez Yevlaxda da camaat qalxacaq”.
Xatırladaq ki, Elmar Vəliyev Gəncəyə icra başçısı təyin olunana qədər Yevlağa rəhbərlik edib. Onun dövründə Yevlaxda inşa edilən tikililər, sosial obyektlər, dayanacaqlar Q.Səmədovun rəhbərliyi ilə sökülməyə və yerində ticarət obyektləri tikilməyə başlanıb. Q.Səmədovun qanunsuz əməllərindən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə məktub yazanlar isə cəzalandırılır. Görünür, bəzi məmurlar prezidentin fevralın 12-də keçirdiyi müşavirədə onlara sərt xəbərdarlıq etməsinə də məhəl qoymur. İlham Əliyev müşavirədə konkret ad çəkməsə də ümumi şəkildə “Binə”də sahibkarların aksiyasından, İsmayıllıda baş verənlərdən, İmişlidəki etiraz aksiyasından bəhs etmişdi. Baş verənlərə görə birmənalı şəkildə məmurları suçlamış, icra başçılarının sahibkarları incitməsindən, işlədib pullarını verməməsindən, onlardan qeyri-qanuni pul toplanmasından məlumatlı olduğunu dilə gətirmişdi. O, çıxışında bəzi icra başçılarının öz məsuliyyətini dərk etmədiklərini də bildirmişdi. Görünür, bu tənqidlərin mahiyyəti Yevlax rəhbərliyinə hələ də gedib çatmayıb.
P.S. Məsələ ilə bağlı Q.Səmədovu da dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
E.MƏMMƏDƏLİYEV
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər