BolgeXeber.Com » Bölgə » Masallıda vətəndaşları “qazlayırlar”

Masallıda vətəndaşları “qazlayırlar”

14-03-2011, 08:35
Oxunub: 6 698 Yeni rəis köhnə borcu sakinlərin ayağına yazıb

Ölkədə antikorrupsiya kampaniyasının getdiyi və hakimiyyətin bu məsələyə böyük ümidlər bəslədiyi bir vaxtda əyalətlərdə meydana gələn proseslər daha çox sabotaj kimi qiymətləndirilə bilər. Çünki yerli məmurların əvvəlki kimi, yenə də böyük pullar qazanmaq həvəsi əhali ilə hakimiyyət arasındakı dərin uçurumu bir qədər də dərinləşdirir.

Belə ki, artıq Masallı rayonunda vəziyyət gərginləşməyə başlayıb. Bir müddət əvvəl işıqpulu məsələsinə görə, ayağla qalxmış rayon sakinləri indi də təbii qaz borcu bəlasına düşüb. Aldığımız məlumata görə, bu yaxınlarda Masallı rayonuna yeni qz istisimar idarəsinə rəis təyin olunub. Seyran adlı bu şəxs təyin olunan kimi, hamının boynuna borc yazıb. Belə ki, yaxın ətrafına 50 min manat verib idarəyə rəhbər gəldiyini bildirən Seyran müəllim, indi də o pulu vətəndaşlardan cixarmaq istəyir.

Məlumatda deyilir ki, Seyran müəllim gələndən sonra Masallı Qaz İstisima İdarəsinin hökumətə nə az, nə cox düz 1.5 milyon manat borcu var imiş. Təzə rəis də eləməyib tənbəllik bütün borcu yazıb Masallı abonentlərinin boynuna. Belə ki, 1.5 milyonu qaz istifadəcilərinin arasında bolüşdürərək, hərəyə təxminən 110 manatlıq bir cərimə kağızı verib. Ancaq maraqlı məqam odur ki, yeni rəisdən əvvəlkinin bu qədər pulu nə etdiyi heç kimə bəlli deyil.
Qeyd edək ki, rayon sakinləri bununla bağlı saytımıza üz tutublar. Onlar deyiblər ki, Qaz İdarəsinin rəisinin onların üzərinə yazdığı borc köhnə rəisin yeyintilərinin nəticəsidir. «Biz bütün pulları ödəmişik. Əlimizdə ödəmə kağızları da var. Ancaq buna baxmayaraq, yenə də borclu olduğumuzu deyib, bizə kağız verdilər. Həmin pulu ödəməyəcəyimiz təqdirdə isə qazımızı kəsəcəklərini bildirdilər».

Vətəndaşların bildirdiyinə görə, əgər yaxın zamanlarda onların ayaqlarına yazılmış borc silinməsə və bu məsələ ədalətli həllini tapmasa, onlar etiraz aksiyalarına başlayacaqlar. «Qərarımız budur ki, Bakı-Astara magistral yolunu bağlayaq. Görünür, cənab Prezidentin vətəndaşlardan əsassız tələblər edilməsinin qarşısının alınmasına dair çağırışı gəlib Masallıya çatmayıb».