Zaqatalada icra başçısı qadınları şoka salıb
19-02-2013, 13:35
Oxunub: 6 641
Zaqatala rayonunun Mamrıx kəndinin qadınlarından ibarət bir qrup icra hakimi Mübariz Əhmədzadənin əməlləri ilə bağlı etirazlarını bildirmək üçün Prezident Administrasiyasına yürüş edəcəklərini bildirir. Qadınlar icra hakimiyyəti başçısının fevralın 17-də kəndə gəldiyi zaman davranışını özləri üçün təhqiredici hesab ediblər.
Həmin gün Əhmədzadənin kartejini görən 20-yə yaxın qadın ötən ilki zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin gedişatı ilə bağlı iradlarını bildirmək üçün yolu kəsiblər.
Qadınların bu hərəkəti icra hakimiyyəti başçısını özündən çıxarıb, o, sakinləri təhqir edərək yolu açmağı tələb edib. Keçirdikləri əsəb şokundan iki qadın- M.Əliyeva və Gülər Bayramova xəstəlik tapıb. Bu barədə azadliqnews.tv saytına məlumat verən Mamrıx kənd sakini Fatimə Əfəndiyeva deyib ki, mayda baş vermiş zəlzələsindən sonra kənddə bir çox evlər yararsız hala düşüb, lakin bərpa işləri zəif gedir və heç kim şikayətlərə cavab vermir. Zəlzələ zamanı yaşadığı mənəvi travma nəticəsində Əfəndiyevanın oğlu Mərkəzi Tibbi Yardım Xəstəxanasında müalicə alıb. Onun evi yararsız hala düşüb, lakin FHN evin yaşayış üçün yararlı olduğunu bildirir.
Mənbənin verdiyi məlumata görə, maşında Əhmədzadə ilə yanaşı, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev də var idi və o, qadınların etirazına heç bir reaksiya verməyib.
Bir gün əvvəl “Kür” vətəndaş cəmiyyəti qərargahının monitorinq qrupu Zaqatala rayonunda olub. Yerli icra hakimiyyəti rəhbərliyinə və FHN-ə zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə işlərin birgə monitorinqini həyata keçirmək təklif olunub, lakin bu təşəbbüs dəstəklənməyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər