Neftçalada ilginc xəstəxana korrupsiyasiı
19-02-2013, 22:25
Oxunub: 5 625
Neftçala rayon Mərkəzi xəstəxanasında baş verən qanunsuzluqlar pik nöqtəyə çatıb. Bu barədə Dia.az-a rayondakı mənbələrdən məlumat daxil olub. Məlumata görə bu qanunsuzluqlara şəxsən xəstəxananın baş həkimi Telman Zahidov rəhbərlik edir. Xəstəxanada rüşvət və korrupsiyanın tüğyan etdiyini deyən mənbənin sözlərinə görə, uzun illədir ki, Telman Zahidov vəzifdə məhz yığdığı rüşvətin hesabına qalır. Demək olar ki, o, xəstəxananı öz şəxsi obyekti kimi idarə edir.
Verilən məlumatlara görə Telman Zahidovun adı daha böyük qalmaqallarda hallanır. Belə ki, baş həkimin uzun illər saxta sənədlərə imza atdığı qeyd olunur ki, bunlardan ən dəhşətlisi 2011-ci ildə xəstəxanada təmir və avadanlıqların alınması ilə bağlı elan olunmuş tenderlərlə bağlıdır. Bildirilir ki, təkcə 2011-ci ildə bir neçə şirkət xəstəxana ilə bağlı elan olunmuş tenderdə iştirak edib. Bu şirkətlərin içərisində isə "Delta Təmir Tikinti Müəssisəsi", "Xoşbəxt" MMC, "Camaşır" MMC, "Ağakərim və Bayram" MMC, "Şəlalə" MMC, "Qaraş" MMC və s. şirkətlər bu tenderlərin qalibi olmuş və kifayət qədər maliyyə vəsaiti xərcələnib. Bu tenderlər Maliyyə Nazirliyi və digər aidiyyəti qurumların nəzrəti ilə keçirlsə də, təmirlə bağlı bütün sənədlərə məhz Telman Zahidov imza ataraq xəstəxananı təhvil alıb.
Mənbə bildirir ki, 2011-ci ildə elan olunmuş tenderlər çərçivəsində xəstəxana ilə bağlı 2719097 manatdan çox vəsait xərclənib. Həmin xərclərin isə fiziki şəxslərin adına yazıldığı iddia olunur. Bununla bağlı əlimizdə kifyət qədər faktlar var. Ancaq mənbə iddia edir ki, həmin fiziki şəxslər məhz baş həkimin yaxın adamlarıdır. Belə ki, eyni adamın adına bir neçə MMC pul sənədləşdirib. Ortada isə 3 milyona yaxın vəsait var. Maraqlıdır ki, prezident rayonların iqtisadi inkişafə ilə bağlı 2 milyon pul ayırırsa, bu, rayondakı bütün infrastrukturu əhatə eidir. Amma aydın görünür ki, Neftaçalada təkcə bir xəstəxana ilə bağlı az qala 3 milyon manat vəsait xərclənib, ancaq ortada heç nə yoxdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər