Səlim Müslümovun dayısı Ağsunu nə günə qoyub?
20-02-2013, 12:35
Oxunub: 5 569
Rəhbəri olduğu rayonun əhalisini incidən icra başçılarından biri də Ağsunun rəhbəri Ənvər Seyidəliyevdir. 1950-ci ildə Ağsunun Pirhəsənli kəndində anadan olan məmur Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümovun dayısıdır. Ağsuda demək olar ki, təkhakimiyyətlilik yaradan məmur əsas vəzifələrə öz yaxın qohumlarını yerləşdirib. Məsələn, “Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Səlim Müslümovun bibisinin əri Ağsu rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisidir. Rayon maliyyə şöbəsinin müdiri Radim Müslümov DSMF sədrinin qardaşıdır. Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. İcra hakiminin qardaşı Fazil Seyidəliyev Ağsu Polis Şöbəsinin rəis müavinidir. Bu məmurun adı həmçinin bahalı bazarlıqda da çəkilib. Belə ki, bu yaxınlarda yayılan xəbərə görə, o, ümumi dəyəri 600.000 manat olan “Mercedes” markalı avtomobil və dəbdəbəli bir villa alıb. Sadalanan məlumatlar rayon əhalisini narazı salıb.
Qazeta.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər