Sumqayıt və Bərdədə də müəllimlərə zorla geyim satılır
23-02-2013, 14:55
Oxunub: 5 137
Gəncə şəhərində müəllimlərə zorla uniforma satdırılması xəbəri digər rayonlarda da bu problemin olduğunu ortaya çıxardı. Qeyd edək ki, Gəncənin icra başçısı Elmar Vəliyevin tapşırığı ilə şəhərdəki məktəblərdə çalışan müəllimlərə zorla uniforma satdırılır. Pedaqoqlara əmr edilib ki, onlar gələn həftənin ilk iş günündən məktəbə xüsusi geyimdə gəlməsələr, dərsə buraxılmayacaqlar. İşdən də azad olunacaqlar. Vahid forma kişilər - müəllimlər üçün qara kostyum, ağ köynək, müəllimələr üçün isə qara yubka-kofta, ağ köynək və firuzə rəngli nazik şərf dəsti ölçüsündən asılı olaraq 60-90 manata təklif edilir.
Sumqayıtda da analoji vəziyyətdir. Verilən məlumatlara görə, müəllimlərə zorla 80 manata uniforma satdırılır. Uniforma da çox keyfiyyətsiz parçadan tikilib. “Onu müəllimin geyinməsi təhqirdir. Deyirlər ki, sən bunu al, əgər qane etməsə, gedib başqasını tikdirərsən. Amma bunu mütləq almalısan. Axı təhsil naziri Misir Mərdanov dəfələrlə demişdi ki, mən müəllimləri məcbur edə bilmərəm” deyə, narazı müəllimlər bildirir.
Bərdə rayonunda da vahid forma dəbə minib. Əldə etdiyimiz məlumata görə, hələ tədris ilinin əvvəlində Bərdə rayon Mədəniyyət və Turizm Şobəsinin müdiri İlyas Hacıyev də mədəniyyət təşkilatlarının rəhbərləri üçün analoji addımı tətbiq edib. Yeddi musiqi məktəbi, mədəniyyət sarayı, mədəniyyət evləri, klublar, muzeylər, kitabxanaların rəhbərlərinə uniformaların məcburi satışını həyata keçirib. Burada da əmrin icra başçısı Vidadi İsayev tərəfindən verildiyi bildirilir.
Rayonlarda müəllimlərə uniforma satılmasından isə Təhsil Nazirliyində xəbərsizdirlər. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirib ki, nazirliyin ümumiyyətlə, müəllimlərin vahid geyimi ilə bağlı heç bir qərarı yoxdur: “Rayon rəhbərliyi, yerli icra hakimiyyəti orqanları ola bilsin özü müstəsna qərar qəbul edib. Bunun Təhsil Nazirliyinə aidiyyəti yoxdur. Bu gün Təhsil Nazirliyinin fikri budur ki, müəllim geyimində sərbəst olmalıdır. Heç bir rayonda təhsil şöbəsinə elə bir göstəriş verməmişik”.
B.Hüseynzadə icra başçılarnın qanunsuz hərəkətinə nazirliyin müdaxilə edib-etməyəcəyi barədə konkret bir söz deməyib. O, qeyd edib ki, nazirlik onlara şikayət olduğu halda məsələni araşdıra bilər: “Deyilən məlumatlar bəzən düz olmur. Bunu araşdırmaq lazımdır”.
Röya RƏFİYEVA
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər