Məzahir Pənahovun prokuror qardaşı vətəndaşları saymır
25-02-2013, 08:05
Oxunub: 4 872
Ölkə prezidenti məmurlara əhali ilə müntəzəm görüşmək, problemi olanları dinləmək və yardım etmək göstərişi versə də, deyəsən, bəzi məmurlar yenə də öz istədikləri şəkildə işləməkdə davam edirlər. Fevralın 24-də redaksiyamıza Yevlax rayonundan verilən xəbər də bunu söyləməyə əsas yaradır.
Bəhrəm Allahverdi oğlu Sultanov adlı rayon sakini redaksiyamıza zəng edərək rayon prokuroru Elxan Pənahovdan şikayətlənib. Onun dediyinə görə, hər həftənin şənbə günü saat 9.00-dan 18.00-dək rayon prokurorunun vətəndaşları qəbul vaxtı olsa da, Elxan Pənahov buna əməl eləmir: “Hər şənbə günü məlum olur ki, o, Bakıya gedib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı olduğunu və heç kimdən qorxmadığını hər yerdə dilinə gətirən Elxan Pənahovla görüşmək baş prokurorla görüşməkdən çətin işə çevrilib rayon camaatı üçün. Elxan Pənahovun Bakıda evi var və o, şənbə-bazar günləri çox vaxt bunun üçün Bakıda olur”.
Xatırladaq ki, Elxan Pənahovun qanunları pozduğu haqda ötən il də Yevlaxdan redaksiyamıza məlumatlar daxil olmuşdu. Xəbərdə deyilirdi ki, Goranboy rayon sakini Ərşad Fazili Yevlax rayonunda üzləşdiyi cinayətlə bağlı E.Pənahova müraciət edib. E.Pənahov isə həmin cinayəti araşdırmaq əvəzinə onu ört-basdır etməyə başlayıb. Bunu duyan şikayətçi Zakir Qaralova, Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edib. Z.Qaralovun göstərişi ilə Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Yevlax Prokurorluğunda araşdırma aparıblar. Nəticədə şikayətçinin müraciətində göstərdiyi xüsusatlar təsdiqini tapıb. Elxan Pənahov işdə yol verdiyi kobud qanun pozuntularına görə qardaşının sayəsində şiddətli töhmətlə canını qurtara bilib.
2011-ci il sentyabrın 8-də isə Yevlaxın Nemətabad kəndində Sabir Novruzovun təsərrüfatında çobanlıq edən Mahir Kərimov digər bir şəxsə aid otlaq sahəsində qətlə yetirilmişdi. Bundan sonra E.Pənahovun S.Novruzovu və onun 16 yaşlı oğlu Ramin Mirişlini polisə çağırtdırıb ata və oğula dəhşətli işgəncələr verdirdiyi, cinayəti S.Novruzovun üzərinə qoymaq istədiyi haqda xəbərlər yayılmışdı. Məsələyə baş prokurorun müdaxiləsindən sonra əsl cinayətkar həbs olunmuşdu. Bundan sonra S.Novruzov və oğlu azad edilmişdi.
Elxan Pənahov 2011-ci il iyunun 8-dən Yevlax rayonunun prokuroru işləyir. Məsələ ilə bağlı E.Pənahovun da mövqeyini dərc etməyə hazırıq
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər