BolgeXeber.Com » Bölgə » Naxçıvanda iki nəfər silah-sursatını təhvil verib

Naxçıvanda iki nəfər silah-sursatını təhvil verib

26-02-2013, 13:25
Oxunub: 3 708 Ordubad rayon sakinləri tapdıqları silah-sursatı təhvil veriblər.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakinləri Alim Babayev və İmran Nağıyev tapdıqları 2 ədəd “AKM” avtomatını, 2 ədəd patron darağını və 20 ədəd patronu könüllü olaraq Naxçıvan Muxtar Respublikası DİN-nə təhvil veriblər.
Ümumiyyətlə, ötən gün ərzində daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.