Füzulidə şıdırğı torpaq alveri
28-02-2013, 10:15
Oxunub: 3 969
Torpaq Şöbəsinin rəhbərliyi hər hektar sahəni 150-200 manata icarəyə verir
«Füzuli rayon Torpaq Şöbəsinin müdiri və mütəxəssisi vəzifə səlahiyyətlərini aşmaq və rüşvətxorluqala məşğuldurlar». Bunu «Elgün» Kəndli Fermer Təsərrüfüfatının rəhbəri bildirib.
O deyib ki, hal hazırda fermer təsərrüfatının istifadəsində olan torpaqlara rəy verərək, onları başqalarına icarəyə verməyə çalışırlar. Artıq bununla bağlı dəfələrlə narazılığın yarandığını bildirən direktor qeyd edir ki, Füzuli rayon Torpaq şöbəsinin rəhbərliyi bu əməliyyata görə, icarə istəyənlərdən pul alır.
Onun iddiasına görə, hər hektar üçün istənilən məbləğ 150-200 manatdır.
«Elgün»nün rəhbəri bildirir ki, onların istifadəsində olan torpaq sahələrinin başqalarına icarəyə verilməsi qanunla mümkün deyil. Bununla bağlı torpaq şöbəsinin rəhbərliyi ilə danışan fermerin direktoru deyir ki, onlar da bunu təsdiq edirlər. «Amma tamahın üstün gəlməsi onları başqa şəkildə davranmağa məcbur edir. Çünki qanunla bizim adımıza olan torpaq sahələrini pul müqabilində başqalarına verirlər ki, bu da dövlət qanunlarının tapdanması deməkdir».
O, sonda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova müraciət edərək, ondan problemin həllinə yardımçı olmasını istəyib.
Tia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər