BolgeXeber.Com » Bölgə » Bu villa Lütfəli Babayevindir?

Bu villa Lütfəli Babayevindir?

28-02-2013, 15:15
Oxunub: 4 712 Redaksiyamıza çox ilginc bir məlumat daxil olub. Zərdab rayonundan daxil olan məlumat əslində foto üzərində qurulub. Bizə təqdim edilən foto ilə bağlı daxilolan informasiyada qeyd olunur ki, şəkildəki villa rayonun icra hakimiyyətinin başçısı Lütfəli Babayevindir.
Bu dəbdəbəli villanın rayonun icra başçısına məxsus olması barədə daxil olan informasiyada daha sonra qey edilir ki, dövlət başçısının sonuncu dəfə müşavirədəki çıxışından sonra rayonun icra başçısı burada 4 mərtəbəli villa tikintisini bir qədər də intensivləşdirib.

«Rayonun girişində Kür daşqınları nəticəsində mənzilləri dağılan sakinlər üçün şəhərcik salınıb. İcra başçısının villasının məhz o kiçik evlərin yanında özü üçün komfort həyat şəraiti yaratması, həmçinin də villa inşa etdirməsi həmin köçkün şəhərciyində məskunlaşan insanların hiddətinə səbəb olub. Bu ərazidə təkcə icra başçısının deyil, həmçinin də bir neçə idarə müdirinin də villası var. Görəsən dövlət başçısının məlum çıxışından sonra icra başçısı hansı pullarla belə villa inşa etdirdiyi barədə mətbuata açıqlama və ya arayış verəcəkmi» bu sözlər bizə daxil olan informasiyadandır.

Qeyd edək ki, gördüyünüz foto Zərdab rayonunda məhz yerli sakinlərinin iddiası əsasında icra başçısına məxsus olduğuna görə çəkilib və ictimai əhəmiyyətli olduğundan foto ilə bağlı geniş araşdırma aparmaq qərarına gəldik. Fotonu əvvəlcə Zərdab Rayon İcra Hakimiyyətinin informasiya və təhlil idarəsinə yolladıq. Əlbəttə ki, fotodakı villanın icra başçısına məxsus olub-olmadığını dəqiqləşdirmək üçün. İndi isə RİH-nin adıçəkilən şöbəsinnə ünvanladığımız müraciəti təqdim edirik:

- Xahiş edirik bu fotoya münasibət bildirərdiniz. Bu fotodakı evin Zerdab RIH-nin başçısı Lütfəli müəllimə məxsus olduğu bildirilir. Bu doğrudurmu?

- Fotoya baxmaqla bilmək olmaz axı..100-lərlə zərdablı "32 hektar" adlanan ərazidən torpaq götürüb evlər tikir.Belə informasiyaları yerində araşdırmağınız daha məqsəduyğundur. Villalar Bakidadir.Zərdabda dəbdəbəli villa yoxdur.. Kür daşqınlarından zərər çəkən əhali üçün 2, 3 və 4 otaqlı olmaqla 71 ev tikilib camaatın istifadəsinə verilib..O "32 hektar" adlanan ərazi çox böyükdür..32 hektarın hamısı zərdablılar üçün fərdi mənzil tikintisinə görə nəzərdə tutulub..Hələ də boş torpaq sahələri vardır..Onu kim alacaq, necə istifadə edəcək, nə tikəcək bizə və digərlərinə dəxli olan söhbət deyil..Torpaq Zərdabındır və zərdablılar orda ev tikdirir..

- Bunu sizin rəsmi mgvqeyiniz olaraq yayımlaya bilərik? Yəni bizdə olan fotodakı ev Lütfəli müəllimin deyil deyirsiniz?

- Bəli yayımlayın..Zərdabda zərdablılar torpaq sahəsi almalıdırlar, ev tikməlidirlər və yaşamalıdırlar...fotodakı ev başçıya aid deyil.

Qeyd edək ki, şəkildə gördüyünüz villa ilə bağlı araşdırmalarımız davam edəcək. Bizi izləyin.
vətəninfo.az