Şahin Məmmədov sahibkarlara «xəbər» göndərdi
28-02-2013, 17:25
Oxunub: 5 905
Bir müddət əvvəl dövlət başçısı keçirdiyi müşavirədə icra başçılarından və məmurlardan iş adamlarını incitməməyi tələb etmişdi. Amma bu hadisənin üzərindən bir müddət keçməmiş icra başçıları prezidentin tapşırığını bir kənara qoyaraq, yenə də öz bildikləri kimi davranmağa başlayıblar.
Bir qrup Ağcabədidən olan sahibkar tia.az-a müraciət edərək icra başçısı Şahin Məmmədovdan şikayətçi düşüblər. Onlar bildiriblər ki, icra başçısı ötən gün onlardan pul yığmalarını tələb edib. Tələbini isə belə əsaslandırıb ki, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar bir sıra yığıncaqlar keçiriləcək, şəhid ailələri ilə görüşlər təşkil olunacaq. Həmçinin bu ailələrə yardım göstəriləcək ki, bunun da pulunu sahibkarlardan almağı planlaşdırır.
Ağcabədili iş adamları bildirirlər ki, əvvəllər bu proses yazılı şəkildə həyata keçirdisə, indi izi itirmək üçün şifahi tapşırıq verilir. Onların sözlərinə görə, Ağcabədnin icra başçısı Şahin Məmmədov da işin ehtiyatlı tutaraq, onlara şifahi müraciət edib. Yardım etməyən sahibkarların isə rayonda fəaliyyət göstərməsinə imkan verməyəcəyi ilə hədələyib.
bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər