Qazaxda Azərbaycan qanunları işləmir?
1-03-2013, 11:05
Oxunub: 5 236
Redaksiyamıza müraciət edən bir qrup Qazax rayon sakini bildirir ki, nədənsə onların rayonlarında Azərbaycan dövlətinin qanunları, Azərbaycan prezidentinin göstərişləri, sərəncamları, fərmanları işlək vəziyyətdə deyil.
Sakinlərin dia.az-a yazdığı şikayət məktubunda deyilir:
«Bizim rayonun icra başçısı sarıdan bəxti gətirməyib. İndi də Ayaz Əsgərov rayonda fironluq edir. Prezident 12 fevral 2013-cü il tədbirində çıxış edərkən bildirmişdi ki, icra başçıları sahibkarları zorla hansısa işə cəlb etməməlidirlər. Amma Ayaz Əsgərov kimə necə güvənirsə, prezidentin göstərişlərini də qulaqardına vurur. Yenə də bütün iş adamlarından aylıq haqqı əvvəlki kimi yığmaqla yanaşı, hətta əlavə haqq da müəyyən edirlər».
Sakinlər bildirir ki, konkret olaraq Qazax rayonunda bazarın yaxınlığında yerləşən iş yeri sahiblərindən alınan icra başçısı üçün aylıq haqqın miqdarı 50-100 manat arası artırılıb: «Yəqin ki, Qazax rayonunun Azərbaycana aidiyyatı yoxdur. Olsaydı, Ayaz Əsgərov belə eləyə bilməzdi».
Onu da xatırladaq ki, Qazax İH-nin başçısına qarşı keçən ilin sonlarına yaxın şok ittihamlar da səslənmişdi. Belə ki, yerli maliyyə idarəsinin müdiri ilə birgə icra başçısının büdcə təşkilatlarında çalışanların pullarını gecikdirməsi və bu yolla da külli miqdarda gəlir əldə etdiyi bildirilirdi.
Qeyd edək ki, redaksiyamıza ünvanlanan şikayət məktubunda çox maraqlı faktlar da açıqlanıb. Yerli sahibkarlar adından müraciət edən Əliyev Əfqan Muxtar oğlunun açıqladığı faktlar üzrə araşdırma aparırıq və geniş materialı diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə dabam edin.
Qarşı tərəfin də mövqeyinə yer ayırmağa hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər