Xaçmazada təhsilin səviyyəsi niyə pis gündədir?
2-03-2013, 08:50
Oxunub: 5 724
“Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədova Xaçmazdakı təhsili çökdürmək üzrədir. Heç bir müəllim orada ixtisası üzrə işləmir. Rüşvət məktəblərdə xaosun baş alıb getməsinə əsas səbəbkardır. Başı öz şəxsi biznesinə qarışan Mədinə xanım məktəbləri idarə etməyə qadir deyil”. Bu sözləri Xaçmaz rayon sakini Turab Ələkbərov Xaçmaz rayon prokuroru Yusif Cəlilliyə, surətini isə redaksiyamıza ünvanladığı məktubunda yazıb: “Xaçmaz rayonundakı təhsil səviyyəsinin bərbad hala salınması məni bir vətəndaş kimi narahat edir. Rayonda yerləşən tam orta məktəb müəllimlərinin bir çoxu öz ixtisası üzrə deyil, digər bir fənn üzrə dərs keçirlər. Bunun da acı nəticəsi olaraq orta məktəbi bitirmiş şagirdlər ali məktəbə daxil ola bilmirlər. Xaçmaz Rayon Mədəniyyət Şöbəsindən müəllimlik təcrübəsi olmadan birbaşa Xaçmaz şəhər 3 saylı tam orta məktəbə direktor, oradan isə Xaçmaz Rayon Təhsil Şöbəsinin müdirəsi təyin olunan Mədinə Nurməmmədova məktəblərdə xaosun baş alıb getməsinə əsas səbəbkardır. Başı öz şəxsi biznesinə qarışan M. Nurməmmədova məktəbləri idarə etməyə qadir deyil. O, Xaçmaz Rayon Təhsil Şöbəsinə müdir vəzifəsinə təyin olunan kimi 92 saylı Xaçmaz rayon liseyinə öz həyat yoldaşı Abbas Nurməmmədovu rəhbər gətirdi. O da öz növbəsində Mədinə xanımın göstərişləri əsasında həmin liseyin həyətyanı sahəsini satmağa başladı. Bütövlükdə lisey yalnız bu ailəyə məxsusdur. Liseyin yataqxanası fərdi qaydada vətəndaşlara mənzil kimi yaşamağa verilir. Liseyin yeməkxanası şadlıq sarayı kimi fəaliyyət göstərir və hazırda yenidən təmir edilir ki, şadlıq sarayı kimi fəaliyyətini daha yaxşı davam etdirsin”. Şikayətçi T.Ələkbərov M. Nurməmmədovanın Xaçmaz rayon Heydər Əliyev prospektində yerləşən 3 saylı tam orta məktəbin ön giriş hissəsində yerləşən kiçik parkı da qanunsuz olaraq oğlunun adına keçirdiyini bildirir: “Xaçmaz bələdiyyəsi tərəfindən qanunsuz olaraq satılan park məni daha çox narahat edir. Bu parkın saxta sənədlə satıldığını sübut etmək çox asandır. Ədliyyə Nazirliyinə onun sənədlərinin sorğusunu göndərsək onda bu parkın saxta yolla satıldığı üzə çıxacaq. M.Nurməmmədova Azərbaycan Respublikasının vətəndaşı olsa da onun qanunlarına əməl etmir. Azərbaycan Respublikasının torpaq haqqında qanununda yazılır ki, ümumi istifadədə olan torpaq sahələri, yəni küçə, səkilər və xüsusilə parklar fərdi qaydada fiziki şəxslərə satıla bilməz. Amma M.Nurməmmədova bu qanunlara əməl etmir. Məndə bir qisim müəllim heyətinin adları var ki, həmin müəllimlər heç bir imtahan vermədən hər il öz işlərində saxlanılırlar. Bu da qanunlarımıza ziddir. Yəni vakant yerlərin sayını Təhsil Nazirliyindən gizlətməklə Mədinə xanım sonradan həmin müəllimləri işlə təmin edir. M.Nurməmmədovanın qızı da Xaçmaz rayon 1 saylı tam orta məktəbdə ixtisası üzrə deyil, psixoloq kimi məktəbdə adı gedir. Xaçmazdakı təhsillə bağlı bu acınacaqlı vəziyyət araşdırılarsa, Mədinə xanımın Xaçmaz rayonunda təhsilə vurduğu acı və ağır zərbələr üzə çıxacaq”. Sonda şikayətçi aidiyyəti qurumlardan M.Nurməmmədovadan onları və Xaçmaz təhsilini xilas etməyi xahiş edib.
Yazıda adı hallanan qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər