Şeyxin adamı Lənkəran dindarlarını bezdirib
3-03-2013, 11:20
Oxunub: 6 435
Lənkəranın bir qrup dindarı Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova açıq məktubla müraciət ediblər. 64 nəfərin imzaladığı məktubda rayonda dini sferada yaranmış vəziyyətin dözülməz olduğu bildirilir, bu işdə əsas günahkar kimi QMİ-nin cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə günahlandırılır. Məktub müəlliflərinin xüsusi hiddətinə səbəb olan isə 15 nəfərlik dəstə tərəfindən şəhərin “Kiçik Bazar” məhəlləsinin “Hüseyniyyə” məscidində İlkin Əsədovun döyülməsi, İbrahim Azadovun isə bıçaqlanması faktı olub.
Müraciətdə deyilir: “Hüquq-mühafizə orqanları hadisəni törədənlərə deyil, zərərçəkənlərə qarşı CM-nin 221-ci maddəsi ilə cinayət işi qaldırıb. İlkin Əsədov haqqında 2 aylıq həbs qəti-imkan tədbiri seçilib, İbrahim Azadov isə polis nəzarətinə götürülüb. Halbuki internetdə yayılan videogörüntülərdə (http://www.youtube.com/watch?v=NuB-X3LIYJ) 4) İbrahim Azadovu bıçaqlayan adamın etirafları açıq-aşkar görünür. Lakin bu etiraflar nədənsə hüquq-mühafizə orqanları tərəfindən nəzərə alınmır. Üstəlik, "Hüseyniyyə" məscidində quraşdırılmış mühafizə kameralarının hadisə vaxtına aid çəkilişləri də müəmmalı şəkildə yoxa çıxıb".
Dindarlar hesab edirlər ki, vəziyyətin belə şəkil almasının səbəbi baş verən hücumun arxasında Qəni Axundzadənin durmasıdır ki, yerli hüquq-mühafizə orqanları da onu müdafiə edirlər. Məktub müəllifləri səlahiyyətli nümayəndənin fəaliyyətini çox zərərli hesab edərək daha sonra yazırlar: “Axundzadənin özbaşınalıqları dövlətlə dindarlar arasında uçurum yaratmağa xidmət edir. Bu əməllərinə etiraz edənlərə "məni bura dövlət qoyub, mənə etiraz edirsinizsə, deməli, dövlətə etiraz edirsiniz" hədəsi ilə “İran casusu” damğası yapışdırılır. Qəni Axundzadə bütün çirkin işlərini Şeyxin və dövlətin adı ilə pərdələnərək həyata keçirir. Biz isə bunun belə olduğuna inanmaq istəmirik. Hərçənd, Lənkərandakı dövlət orqanları Qəninin dediyini təsdiqləmək üçün bütün işləri görürlər".
Şikayətçilər həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran şöbəsini və onun sədri Qağayı Məmmədovu da fəaliyyətsizlikdə günahlandırırlar.
Məktubun sonunda müəlliflər iddia edirlər ki, Lənkəranda xuliqanlıq edənlərin deyil, xuliqanlığa məruz qalanların cəzalandırılması halı əvvəllər də baş verib, 2 möminə həbs cəzası kəsilib. Və o zaman da edilən müraciətlər nəticəsiz qalıb: “Amma belə vəziyyətin ardıcıl təkrarlanmasına dözmək istəmirik. Biz sizə sonuncu dəfə müraciət edərək məsələyə müdaxilə etmənizi, zalımların zülmünə son qoymanızı xahiş edirik. Əgər bu dəfə də müraciətimiz nəticəsiz qalacaqsa, artıq ədalətsizliyə görə günahkar təkcə Qəni Axundzadə deyil, sizlər də olacaqsınız”.
P.S. Qarşı tərəf də mövqeyini bildirə bilər.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər