Sumqayıtda tükürpədici hadisə
4-03-2013, 14:10
Oxunub: 5 524
Sumqayıt Şəhər Travmatalogiya Xəstəxanasında indiyədək görünməmiş hadisə baş verib. Dünən epilepsiya xəstəliyindən əziyyət çəkən Sumqayıt sakini Emil Fərzəliyevin qəflətən səhhəti pisləşib və o Təcili Tibbi yardım briqadasının müşaiəti ilə Travmatalogiya Xəstəxanasına çatdırılıb.
Xəstənin qohumlarının Avropa.info-ya verdiyi məlumata görə, Emil Fərzəliyevin vəziyyətinin kritik həddə olmasına baxmayara həkimlər ona baxmaqdan imtina ediblər. Xəstəni gətirən Təcili Yardımın həkimi Travmatalogiya Xəstəxanasının həkimlərindən narazılıq etməsi də bir fayda verməyib. Anar Abbasov adlı Travmatalogiya Xəstəxanasının həkimi bu gün qəbul günü olmadığını, xəstənin sabah gətrilməsinin lazım olduğunu deyib. Xəstənin valideynləri buna etraz etdikdə isə,Anar Abbasov polis çağıraraq xəstəni və yaxınlarını tibb müəssəsindən bayıra atdırıb: "Təcili Tibbi Yardımın həkimlərinin ilkin yardımı olmasaydı, indi böyük ehtimalla biz Emili itirmişdik. Biz Emilin adından ölkədə olan bütün KİV-lərə, hüquq mühavizə orqanlarına müraciət edirik ki, bu özbaşnalığın qarşısının alınması üçün bizə yardım etsinlər".
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər