BolgeXeber.Com » Bölgə » Gəncə sakini tərkisilah edilib

Gəncə sakini tərkisilah edilib

4-03-2013, 14:20
Oxunub: 3 919 Gəncə şəhər sakinindən odlu silah və vasitələri götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bolgexeber.com-a verilən məlumata görə, Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini İsmayıl Hacıyevdən 1 ədəd "AKSU" markalı avtomat silah və 29 ədəd avtomat patronu götürülüb.
Hacıyevin evinə baxış zamanı isə əlavə olaraq 200 ədəd avtomat patronu və 3 ədəd patron darağı da aşkar edilərək götürülüb.
Hazırda silahın haradan və nə məqsədlə əldə edildiyinə, o cümlədən əvvəllər törədilmiş hər hansı cinayələtdə ondan istifadə edilib-edilmədiyinə dair araşdırma aparılır.