Kürdəmirdə quruculuq-abadlıq işləri sürətlə gedir
10-12-2018, 15:04
Oxunub: 7 636
Dekabrın 6-da Yenikənd kəndində Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərovun növbəti səyyar qəbul-görüşü keçirilib
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və Yenikənd kənd inzibati ərazi dairəsinə daxil olan Mürtülü, Dəyirmanlı, Təklə və Yenikənd kəndlərinin sakinləri iştirak ediblər.
Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən, regionlara göstərilən qayğı və diqqətdən söz açaraq, rayonda müasir kənd təsərrüfatı sahələrinin inkişafı, məktəb və səhiyyə obyektlərinin tikintisi, elektrik xətt təsərrüfatının yenilənməsi, kənd yollarının asfaltlanması istiqamətində bir sıra infrastruktur layihələrinin gerçəkləşdirildiyini diqqətə çatdırdı.
Səyyar qəbulda iştirak edən kənd sakinləri çıxış edərək kəndə gələn su arxlarının təmizlənməsi, elektrik enerjisi və qaz təchizatı , yol, təhsil, səhiyyə və mədəniyyət məsələləri barədə müraciət ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin Başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verdi.
Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Ümumiyyətlə bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər.Bu müstəvidə Kürdəmir rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Kürdəmirin Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Kürdəmir Rayon İcra başçısı Ceyhun Cəfərovun əməyi böyükdür. Ceyhun müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.
Təkcə rayonda səhiyyənin dünəni, bu günü və sabahı haqqında deyil, həm də, bütövlükdə, Kürdəmirdə son aylar həyata keçirilən işlər danılmazdır.Rayon rəhbərliyinin təşəbbüskarlığı, fəallığı və təşkilatçılığı sayəsində Kürdəmirin xəritəsinə, az qala, hər ay yeni bir obyektin adı düşür. Heydər Əliyev parkının yenidən qurulması, Gənclər sarayının inşası, neçə-neçə yeni müəssisənin açılışı, digər sosial yönümlü obyektlərin istifadəyə verilməsi onu göstərir ki, Kürdəmir tezliklə Azərbaycanın ən abad, gözəl rayonlarından birinə çevriləcəkdir.
Son illər neçə-neçə istehsal, emal müəssisəsi açılıb, onlarca məktəb binası, uşaq bağçası tikilib. Kürdəmir dövlətin qayğısı və diqqəti sayəsində beləcə aybaay, ilbəil inkişaf edir, gözəlləşir, tanınmaz olur. Bu da turizmin inkişafına güclü təkan verir. Rayonun əlverişli coğrafi mövqeyi, zəngin təbiəti və burada olan çoxlu sayda tarixi mədəniyyət abidələri Kürdəmirdə turizmin inkişafı üçün potensial imkanlar yaradır. Bir sözlə, Kürdəmir inamla gələcəyə doğru addımlayır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər