Xaçmazın icra başçısına yeni vəzifə veriləcək
7-03-2013, 16:20
Oxunub: 5 646
Az əvvəl məlumat yayıldı ki, Xaçmaz rayonunu icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev rayondakı bir neçə obyektini satışa çıxarıb. Bu barədə rayondakı mənbə xəbər verib. Mənbənin dediyinə görə, belə obyektlərdən biri Bakı-Rostov yolunun Xaçmaz şəhərinə dönən hissəsindədir. Fotoda gördüyünüz bu obyekt böyük ticarət mərkəzi olmalıymış. Amma bir-neçə gün əvvəl tikintisi qəfil dayandırılıb və satışa qoyulub:
“Ümumiyyətlə, Xaçmaz şəhərində və Xudatda, habelə Nabran yolunun üstündə üzərində “təcili satılır” yazılmış və başçıya məxsus olduğu deyilən bir neçə obyekt satışa çıxarılıb. Amma hələ ki həmin obyektləri heç kim almaq istəmir”.
Obyektləri satılmaq səbəbinə gəlincə, mənbə bildirir ki, icra başçısı tez bir zamanda vəzifəsini itirəcək. Bu, onun işində buraxdığı xəta ilə bağlı deyil. Sadəcə onun yaşının 75-i haqlaması ilə əlaqədardır. Xatırladaq ki, DİA.AZ olaraq Şəmsəddin Xanbabayevin Xaçmaz rayon icra hakimiyyətinin başçısı postundan alınacağı ilə bağlı hələ xeyli əvvəldən məlumat vermişdik.
Bununla bağlı DİA.AZ-a daxil olan son informasiyalar da təsdiqləyir ki, Şəmsəddin Xanbabayev vəzifəsindən alınır. Bu barədə redaksiyamızı böilgiləndirən məlumatlı mənbənin sözlərinə görə, zaman-zaman barəsində mətbuatda yazılan və hətta mafioz bir şəbəkə ilə əlaqədə ittiham olunan, amma buna rəğmən həm vəzifəsini və həm də təsir imkanlarını qorumağa müvəffəq olan Şəmsəddin Xanbabayevin də erası bitmək üzərədir.
Xanababayevin çox ciddi qüvvələr tərəfindən dəstəkləndiyini bildirən qaynağımız iddia edir ki, onun yerinə kimin təyin olunacağı məsələsi hələlik dəqiqləşməyib: «Amma ola bilsin ki, rayondan olan hansısa bir şəxs gətirilsin. Hələlik 2 belə bir namizəd var».
Mənbəmizin iddialarına görə, Şəmsəddin Xanbabayevin özünün isə Bakıda nazirliklərin birinə vəzifəyə gətirilməsi məsələsi müzakirə olunur: «Bu səbəbdən icra başçısı Xaçmazdakı obyektlərini satışa çıxarıb. Amma bir qədər gözləsə, yəqin ki, yeni icra başçısı Xanababayevin əmlakını satın alar».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər