Şamaxıda icra başçısı dəyişsə də problemlər olduğu kimi qalıb
8-03-2013, 23:35
Oxunub: 14 756
Bolgexeber.com-un redaksiyasına Şamaxı sakinlərindən şikayət məktubu daxil olmuşdur. Sakinlər Şamaxıda hökm sürən özbaşnalıqdan gileylənirlər. Məktubu olduğu kimi oxuculara təqdim edirik:”Şamaxılılar hələ də keçmiş icra başçısı və 1-ci müavin Qasım Qasımovun etdiyi nöqsanların əziyyətini çəkirlər.Şamaxı icra hakimiyyətində dövlətin qəbul etdiyi əmək məcəlləsini saymırlar.
Başçı azad olunsa da köhnə müavinlərin vəzifədə qalmaları vəziyyətin olduğu kimi qalmasına şərait yaradır.1-ci müavin Qasım Qasımov və digər müavin Əşrəf Şükürov nə qədər ki,işdən azad olmayıblar Şamaxının inkişafından danışmağa dəyməz.Şamaxının yeni icra başçısı köhnə başçının etdiyi səhvləri düzəltmir və ya düzəltmək istəmir.Biz şamaxılılar keçmiş icra başçısı işdən azad olunanda çox sevindik.Ona görə sevindik ki,fikirləşdik ki,yeni başçı onun etdiyi nöqsanları düzəldər.Amma tam əksinə oldu.İcra başçısının 1-ci müavini Qasım Qasımov həmin o nöqsanları keçmiş icra başçısı ilə bir yerdə etdikləri üçün onların üzə çıxardılmasına mane olaraq,yeni başçıya öz xeyrinə olaraq tam yanlış məlumat verib.Rayonun yolları pis gündədir, çox kəndlər qazla təmir olunmayıb,işıqlar tez-tez sönür, ümumiyyətlə bütün sahələri bərbad vəziyyətdədir.Rayonda işsizlik baş alıb gedir,insanlar çox çətin dolanırlar.Bunlardan əlavə bu şəxslər rayon təhsilində də unudulmaz ciddi yaralar qoymuşlar.Keçmiş başçı rayona nöqsanla və əmək məcəlləsi ilə işdən çıxarılan direktorların müəyyən vaxtdan sonra pul alaraq başqa bir məktəbə direktor qoymaq ənənəsini gətirmişdir.Bunlara misal olaraq hal-hazırda şəhər 2 saylı və 6 saylı məktəbin direktorlarını misal göstərmək olar.Bu şəxslərin hər ikisi əmək məcəlləsinin 70-ci maddəsinin “C”, 72-ci maddəsinin isə “A” bəndinə əsasən işdən azad olunublar.Aydın məsələdirki,bu maddələrlə işdən azad edilənlər adicə müəllimdə işləyə bilməz.Amma əmək məcəlləsini saymayan bu şəxslər onları hətta direktor təyin etdilər.2 saylı məktəbin direktoru İslam Baxşıyev vaxtı ilə ailə məişət münaqişəsinə görə uzun müddət həbsdə yatıb.(ailəli olduğu halda başqa qadından qeyri qanuni şəkildə övladı olub amma onları atdığı üçün həmin qadının şikayəti əsasında həbsdə yatıb)Həmçinin oğlanları narkomandır.Eləcədə çox kobud,səviyyəsiz,müəllimlərlə kobud və etkadan kənar danışan biridir.Rüşvətxorluğuna isə söz yoxdur. Hər ay müəllimlərdən aylığını məcburi şəkildə alır.Bütün müəllimlər ondan narazıdır.Bu narazılığı nəzərə alan rayon təhsil şöbəsi onu işdən azad etsədə keçmiş başçının sayəsində yenidən bir müddət sonra işinə qaytardılar.Sizcə belə insan təlim- tərbiyə ocağına necə rəhbərlik edə bilər?! 6 saylı məktəbin direktoru Xanlar Rəhimzadə isə 2011-ci ilə qədər şəhər 5 saylı tam orta məktəbdə direktor işləmişdir.Bu dövrdə etdiyi cinayətləri saymaqla qutarmaz.Buna misal olaraq,işlədiyi dövrdə dövlətin əmlakını mənimsəməkdə,müəllimlərdən məcburi şəkildə hər ay pul almağını ,5-6 texniki işçinin kartını özündə saxlayaraq pulunu almasını göstərmək olar.Bu şəxsdə müəllimlərin şikayəti ilə həmin maddələrlə işdən azad olunsa da,heç bir il olmamış keçmiş başçı ondan külli miqdarda pul alaraq başqa bir məktəbə direktor təyin etdi.Xatırladaq ki,hər iki məktəbin kollektivi Xanlar Rəhimzadənin fəaliyyətindən qəti şəkildə narazıdırlar.İndi işlədiyi 6 saylı məktəbdə də eyni hallara yol verərək,rüşvətxorluqla məşğuldur.Biz təhsil nazirinə sual veririk ki,o hara baxır ki,rayonda icra başçıları əmək məcəlləsi və şikayətlə işdən azad olunan direktorlardan pul alıb yenidən direktor təyin edirlər.Görün bizim övladlarımızın təhsil aldığı məktəblərə kimlər rəhbərlik edir.Qeyd edək ki,keçmiş başçı həmin insanlardan pulu 1-ci müavin Qasım Qasımovun əli ilə alırdı.Bizə maraqlı olan odurki,niyə yeni icra başçısı öz müavinin sözü ilə keçmiş başçının ciddi səhfinin qarşısını alaraq bu şəxsləri işdən azad etmir.Belə çıxır ki, vaxtında bu şəxslər Qasım Qasımovada pul veriblər,ona görə də indi onlara görə yeni başçıya xahiş edibdir.Yeni icra başçısı Qasım Qasımovu və təhsil üzrə müavin Əşrəf Şükürovu işdən azad etməsə Şamaxı təhsilin inkişafından söz gedə bilməz.Çünki bu iki şəxs rayonumuza ləkədirlər.Əşrəf Şükürov Şamaxı təhsilinin üz qarasıdır.Bu iki şəxs həmişə rayona yeni başçı gələndə bütün idarə müdirlərini və direktorları başçıya necə deyərlər “bağaşa” qoyaraq,öz vəzifələrini qoruyub saxlamış olurlar.Əşrəf Şükürov və Qasım Qasımov unutmasınlar ki,vəzifə mənəviyyatdan və şəxsiyyətdən artıq deyil.... Həmçinin vəzifə ömürlük deyil,elə etsinlər ki,bir vaxt işdən çıxanda onlara rayonda salam verən olsun.Biz sizin sayt vasitəsilə yuxarıda göstərilən məsələlərlə bağlı cənab prezidentdən və Mehriban xanımdan kömək istəyirik.Bunu sizlərə çoxsaylı rayon caamatı və valideynlər adından yazırıq və sizdən artıq dərəcədə xahiş edirik ki,bunu mətbu orqanınızda dərc edib ictimailəşdirəsiniz.”
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər