Lənkəranda növbəti bayram yarmarkası keçirilib-FOTO
27-12-2018, 08:40
Oxunub: 5 820
Dekabrın 25-də Lənkəran rayonunun Velədi kəndi ərazisindəki meyvə bazarında Yeni il və Dünya Azərbaycanlılarının Həmirəylik Günü ilə əlaqədar ərzaq və yeyinti məhsullarının satış yarmarkası keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə təşkil olunan yarmarkada satıcı və alıcılar üçün lazımi şərait yaradılıb. Bayram yarmarkasında respublikanın ayrı-ayrı rayonlarından 40-dək şirkət və yerli fermer təsərrüfatları iştirak edib. Səhər saatlarından başlayan yarmarkaya əhalinin təlabatına müvafiq olaraq 45 tondan artıq müxtəlif çeşidli məhsullar, sitrus və digər meyvələr çıxarılıb. Ekoloji cəhətdən təmizliyi ilə seçilən məhsulların qiymətlərinin bazar qiymətindən 20-25 faiz aşağı olması alıcılar tərəfindən razılıqla qarşılanıb.
Əlaqədar rəsmi şəxslər yarmarkaya baş çəkərək məhsulların keyfiyyəti və qiymətləri ilə maraqlanıblar.
Bayram yarmarkası axşam saatlarına kimi davam edib.
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər