“Mənim adamım və pulum var”
9-03-2013, 09:55
Oxunub: 5 808
Göyçay rayonu, M.Ordubadi küçəsi 2-də yaşayan Qızılgül Quliyeva Göyçay Rayon İstehlak Cəmiyyətinin sədri Ağanəzər Xəlilovun əməllərindən prezidentə şikayət məktubu yollayıb. Surəti redaksiyamıza göndərilən məktubda müəllif yazır ki, 2012-ci ildə dünyasını dəyişmiş həyat yoldaşı İsmayıl Quliyevin bazarda yerləşən mağazası A.Xəlilov tərəfindən başqa şəxsə satılıb.
“2012-ci ilin əvvəllərində ərim xəstələndi, başımız qarışdı, mağazanı işlədə bilmədik və eşitdik ki, qonşu öz həyətindən mağazaya dəmir qapı açıb, ordan da bazara çıxıb. Nəticədə bazarda oğurluq olub. Qeyd etməliyəm ki, qonşu çox imkanlıdır və çoxdan çalışırdı ki, mağazanı bizim əlimizdən alsın. Odur ki, ”raypo"nun sədri Xəlilov Ağanəzər də mağazanı bizdən almaq üçün yollar axtarırdı. Bu hadisədən sonra Xəlilov (ərim artıq yataqdan qalxa bilmirdi) mənə “ərin ərizə yazıb mağazadan imtina etsin, əks halda mən mağazanı sizdən alacam, o mənim əmlakımdır. Kimə verəcəm, kimə satacam o mənim şəxsi işimdir. Mən hər ay ”Azərittifaq"a pul verirəm. Mən hörmətli “raypo” sədriyəm, “Azərittifaq”ın “Qızıl medalını” almışam. Mənim adamım və pulum var". Bu söhbətdən sonra ərimin vəziyyəti ağırlaşdı, Bakıya xəstəxanaya apardıq və orda vəfat etdi. Başım hüzürə qarışdı. Ağır olan vəziyyətim daha da ağırlaşdı və mən 13.11.2012-ci ildə “raypo” sədrinə rəsmi ərizə yazıb xahiş etdim ki, ərim işləyən mağaza adıma keçirilsin, icarə müqaviləsi bağlansın, mağazanı işlədim".
Məktub müəllifi yazır ki, A.Xəlilov “raypo”nun mühasibi vasitəsi ilə mağazanın başqasına satılmasına çalışır: “Axı mənim mağazamı həmin qonşuya 5 min manata icarəyə verib sonra da 10 min manata özəlləşdirmək istəyirlər. ”Raypo"da olan bütün talançılığın, mənimsəmənin başında Nəriman durur, bütün bu işləri ört-basdır edən də odur. Ağanəzər və Nəriman bütün pulları yarı bölürlər".
Şikayətçi baş verənləırə görə intihar etmək istədiyini yazır. Qeyd edir ki, bu 2 şəxsin Göyçayda xeyli əmlakları var: “Çünki, özləri məmurdular. Onlara hər şey olar. Məgər onlar məmurdularsa 30 ilin kooperatorunun hüquqları pozulmalıdır? Ərimə əmlak payı düşməməlidir? Ailəmin ağır maddi vəziyyəti nəzərə alınmamalıdır? Əgər belədirsə 1910-cu ildə yaranmış Göyçay kooperasiyasının əmlakını nə üçün A.Xəlilov mənimsəyib? Kolxoz və sovxozlar ləğv olunanda hamıya pay verildi, amma ”raypo"ya 20 il sədrlik edən Xəlilov özəlləşdirmə pərdəsi altında ən yaxşı obyektləri öz adına, qohum-qardaş adına ucuz qiymətə özəlləşdirib. Qalan obyektləri isə baha qiymətə kooperasiya ilə heç bir əlaqəsi olmayan kənar şəxslərə satıb. Bir obyektin özəlləşmə qiyməti 10-15 min manat, bir obyektin icarəyə verilməsi 5 min manatdır. Nəticədə Xəlilov Göyçayda 20 obyekti var: - misal üçün bir neçəsini deyim; 1 min dollara “Tara bazası” deyilən anbarı öz adına özəlləşdirib, Qarabaqqal kəndində atasınıın mağazasını atasına bağışlayıb, “raypo”nun 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan 100 kvadrat metr sahəni başqa adamın adına özəlləşdirib ancaq özünündür. İndi orda Daşınmaz əmlak yerləşir, M.Hüseyinzadə küçəsində bir neçə mağaza var. Digər obyektlərin yerini özü desin. Göyçayda bir neçə yerdə yaxşı evi, 2-3 ədəd xarici maşını, Bakıda bir neçə yerdə mənzili və obyektləri, Qəbələ şəhərində evi və bağı var". Məktub müəllifi bu qədər əmlakı olan “raypo” sədrinin fəaliyyətinin yoxlanılmasını və mərhum həyat yoldaşının adına olan mağazanın özünün adına rəsmiləşdirilməsini tələb edir.
musavat.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər