Sabirabad RTŞ-nin müdiri Elman Bünyadov “pat” vəziyyətində
9-03-2013, 11:40
Oxunub: 7 185
Əvvəlki yazılarımızıda Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadovun oğlu Amil Bünyadovun idarə etdiyi “Jiquli”maşını ilə 55 yaşlı kişini vurmasını ,avtomobilin isə Elman Bünyadovun adına qeydiyyatda olması səbəbindən hadisə ilə bağlı dindirilmək üçün Şirvan Rayon Polis şöbəsinin istintaq bölməsinə çağrılmasını bildirmişdik.Ancaq oğlunu yüksək vəzifəyə -MTN-ə işə düzəltmək istəyən və bunun üçün 30 min manatından keçməyə hazır olan Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadov ümumiyyətlə hər vəchlə oğlunun adının hallanmamasına çalışsa da bu dəfə deyəsən oğlunu elə yerindəcə “sudan quru çıxartmağ”a müvəffəq ola bilməyib.Çünki Amil Bünyadovun vurduğu və çoxsaylı bədən xəsatətləri ilə xəstəxanaya yerləşdirilən adamın vəziyyəti birdən-birə ağırlaşdığından onun hər an həyatını itirmək təhlükəsi var.Bu səbəbdən cıxılmaz vəziyyətə düşən Elman Bünyadov rayonda daha çox “avtoş” və əxlaqsız qalmaqallar yaradan adam kimi tanınan oğlu Amil Bünyadovun əməlləri ucbatından PA-da işləyən yüksək çinli qohumlarına üz tutmaq məcburiyyətində qalıb.
Redaksiyamız yaxın zamanlarda, əldə etdiyi məlumatlara görə Sabirabad Rayon Təhsil Şöbəsinin müdiri Elman Bünyadovun arxalandığı vəzifəli məmur-qohumlarının siyahısını oxuculara təqdim edəcək.Araşdırmalarımız davam edir.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər