BolgeXeber.Com » Bölgə » Siyəzən prokurorunu Hacı Məmmədovla nə bağlayır?

Siyəzən prokurorunu Hacı Məmmədovla nə bağlayır?

9-03-2013, 13:25
Oxunub: 4 660 Martın 6-da Siyəzən rayonunda baş verən kütləvi aksiyanın təfərrüatları məlum olub. AzNews.az-ın əldə etdiyi məlumata görə, aksiyanı keçirənlər təkcə “Siyəzən Broyler”in narazı işçiləri deyilmiş. Xəbərə görə, etiraz edənlərin müəyyən hissəsi rayon prokuroru Murad Kazımovdan narazı insanlar imiş. Onlar rayon rəhbərliyindən bu adamın işdən uzaqlaşdırılması üçün yardım istəyib.

Belə ki, təqribən 100-ə yaxın insan kənd təsərrüfatı şirkəti rəhbəri Vüsal Babayevin yanvarın 25-də insan alverində ittiham olunaraq qanunsuz həbs olunduğuna görə Siyəzən rayon prokuroru Murad Kazımovu ittiham edərək onun istefasını tələb ediblər.

Onlar Kazımovu qanunları kobud şəkildə pozması, sakinlərə qarşı sərt davranması və hətta müəyyən cinayətkar qruplarla əlaqədə olmasında ittiham ediblər.

AzNews.az-ın əldə etdiyi məlumatlara görə, Murad Kazımovun adı buna qədər doğrudan da bir sıra qaranlıq məqamlarla bağlı hallandırılıb. Belə ki, hazırda istefası tələb olunan Murad Kazımov 1999-cu ildə Hacı Məmmədovun bandası tərəfindən oğurlanan şəxslərdən biri olub. O,həmən vaxt Yasamal rayonunun prokurorunun köməkçisi işləyirdi. Bir müddət girovluqda qalan Murad Kazımov sonradan 500 min dollar müqabilində azad edilmişdi.

Onu da bildirək ki, Murad Kazımovun onun atası İsmayıl Kazımov da uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışıb.