Qubanın icra başçısı sayt rəhbərini hədələtdirir
10-03-2013, 19:40
Oxunub: 6 765
Bu gün günorta saatlarında Bolgexeber.com saytının redaksiyasının telefonuna gizli və açıq nömrələrdən zəng edilmişdir. Özünü təqdim etməyən və Qubanın icra başçısı Mübariz Ağayevin yaxın adamı kimi aparan şəxs bizim dünənki tarixdə dərc olunan ““Qubanın icra başçısı cəddinə güvənirmiş”məqaləsinə kəskin reaksiya verərək saytın rəhbəri Vasif Turanı təhdid etmiş ,saytın əməkdaşlarını təhqir edərək hədə-qorxu gəlmişdir.Görünür Qubanın icra başçısı Mübariz Ağayev həqiqətən öz sələfinin yolunu tutub.İcra başçsısı tənqidə dözümsüzlük nümayiş etdirərək haqqında olan yazıya normal surətdə münasibət bildirmək əvəzinə dövlət məmuruna yaraşmayan ucuz yolu tutub və öz muzdlu adamları vasitəsilə peşə vəzifəsini yerinə yetirən jurnalistlərə hədə-qorxu gəlmək yolu ilə onları susdurmaq istəyir.Ola bilsin Mübariz Ağayev qanunlara yox,kimlərəsə arxayın olduğundan buna nail olmağı özünə asan bilir və prezidentin bu yaxınlarda etdiyi ,vətəndaşa yuxarıdan aşağı baxan məmurlara yönələn məlum tənqidi çıxışını artıq yaddan çıxarıb.Bogexeber.com saytı olaraq bildiririk ki, məsələ ilə bağlı MTN-ə,DİN-ə,Mətbuat Şurasına müraciət edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər