Qaradağın icra başçısından kütləvi şikayət var
12-03-2013, 09:55
Oxunub: 5 732
«Prezident İlham Əliyevin 12 fevral tarixində regionların sosial-inkişafı ilə bağlı təşkil olunan müşavirədə yerli icra strukturlarının başçılarına xitabən etdiyi sərt çıxışlar, həmçinin onların sahibkarlarla münasibətlərindəki gərginliyə dövlət başçısının verdiyi sərt reaksiya deyəsən, hələ də bəzi icra başçıları üçün sıradan bir hadisə əhəmiyyətindədir». Bu ifadələr Qaradağ rayonundan olan bir qrup sahibkar adından redaksiyamıza edilən şikayət müraciətindəndir.
Müraciət müəllifləri bildirirlər ki, onlar dəfələrlə icra başçısı Süleyman Mikayılovun zülmləri ilə bağlı müxtəlif dövlət instansiyalarına şikayət etsələr də, səslərini eşidən yoxdur. Hətta icra hakimiyyətindən onlara bildirblər ki, bu gün mətbuatın tən yarısı da Süleyman Mikayılovdan asılıdır: «Bizə dedilər ki, mətbuat Süleyman Mikayılovun əlindədir və sizin KİV-lərə şikayət etməyinizin də xeyri olmayacaq».
Xatırladaq ki, neçə müddətdir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindəki bazarın özəlləşdirilməsi zamanı yol verilən qanunsuzluqlarla əlaqədar bir qrup sahibkar müxtəlif məhkəmə instansiyalarına müraciət edirlər və hələ də bu barədə iş adamlarının haqqını təmin edəcək heç bir qərar verilməyib. Əksinə, bazar qarışıq ətrafdakı mağaza və dükanları da ələ keçirən icra başçısı Süleyman Mikayılovun yaxın adamları məhkəmə hakimlərini də ələ aldıqlarını etiraf edirlər.
Şikayətlənən sahibkarlar bildirdi ki, onların son ümid yeri prezidentdir: «Əgər bazarın özəlləşdirilməsi məsələsi və eyni zamanda Qaradağ rayonunun içində tikilən «Berlin divarları» problemi həll olunmazsa, onlar bir zamanlar Qaradağ rayonundan deputat seçilmiş prezident İlham Əliyevlə görüşə can atıb, dərdlərini canlı olaraq dövlət başçısının diqqətinə çatdırmalı olacaqlar.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər