Külli miqdarda büdcə vəsaiti mənimsəmiş vəzifəli şəxslər tutulub
12-03-2013, 20:10
Oxunub: 5 440
Baş prokurorluğdan Bolgexeber.com-a daxil olan məlumata görə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Sahil Sularına Ekoloji Nəzarət və Mühafizə Mərkəzində 2010-2013-cü illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən çirkab sutəmizləyici qurğuların cari təmirinə qanunsuz olaraq 260.0 min manat məbləğində vəsait rəsmiləşdirilərək silinmiş, eyni zamanda anbarda 65.0 min manat məbləğində mal-material çatışmazlığı aşkar edilmişdir.
Bundan başqa, 2012-ci ilin dekabr ayında mərkəzin sutəmizləyici qurğularında təmir-tikinti işlərinin aparılması üçün «Exiles STS» MMC ilə 126.0 min manat dəyərində müqavilə imzalandığı halda, təmir-tikinti işlərinin dəyəri süni olaraq 101.0 min manat artırıldığı, ümumilikdə isə işlərin həcminin süni surətdə artırılması nəticəsində 183.0 min manat məbləğində büdcə vəsaitinin mənimsənildiyi müəyyən olunmuşdur.
Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər