Neftçaladan "İsmayıllı kabusu" hələ çəkilməyib
13-03-2013, 22:20
Oxunub: 5 720
Neftçalanın icra başçısı İsmayıl Vəliyevdən redaksiyamıza bir qrup sahibkar adından şikayət məktubu daxil olub. Dia.az-a müraciət edən narazı sahibkarların sözlərinə görə, bir müddət əvvəl İsmayıllı hadisələrinin Neftçalada təkrarlanacağından ehtiyat edən icra başçısı onların bir qrup nümayəndəsini qəbul etsə də, hələ də problemləri olduğu kimi qalıb.
Şikayətçilər yazır: «Əslində İsmayıl Vəliyev siyasət işlətdi. Həmin ərəfədə onu «yuxarıdan» sıxırdılar və o da sahibkarları qəbul edib, şəkil də çəkdirdi. Amma problem qalmaqdadır. Obyektləri plana düşən sahibkarların razı salınacağı söylənilsə də, onlar belə get-gələ salınırlar».
Neftçalanın narazı iş adamları yazırlar ki, İsmayıl Vəliyev həmin ərəfədə onlardan başçının aylıq pulunu yığdırmasa da, Novruz bayramı ərəfəsində yenidən sahibkarlardan icra hakimiyyəti adından pul tələb olunur: «12 fevral müşavirəsində cənab prezident də bildirdi ki, sahibkarların hansısa işə cəlb edilməsi sırf olaraq könüllülük əsasında baş tutmalıdır. Amma bizi hədələyirlər və deyirlər ki, əgər obyektindən asılı olaraq hər bir sahibkar 500-2000 manat arası pul verməyəcəksə, onlar işləri ilə vidalaşa bilərlər».
Daha sonra sahibkarlar bildiriblər ki, onlar başlarına açılan oyunlarla bağlı Bakıda mətbuat konfransı keçirməyə də hazırlaşırlar.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər