Külək Gəncəyə ciddi ziyan vurdu
14-03-2013, 09:10
Oxunub: 4 912
Ötən gün günorta saatlarından başlayan külək Gəncə şəhərinin bir neçə yerində yaşlı ağacların aşmasına səbəb olub. ANS PRESS-in məlumatına görə, şəhərin Həmid Rüstəmov küçəsindəki həyət evinin dam örtüyü də güclü küləyə tab gətirə bilməyib. Pakizə Məmmədovaya məxsus evin dam örtüyü təxminən 100 metr uçaraq qonşusu Nəsrəddin Quliyevin həyətinə düşüb. Nəticədə Nəsrəddin Quliyev ayağından yüngül xəsarət alıb. Həyətdəki meyvə ağacları da qırılıb.
Güclü külək Gəncənin bir neçə küçə və prospektini də işıqsız qoyub. Bəzi küçələrdə işıqforların bir neçə saat işləməməsi avtomobil yollarında tıxacların yaranmasıyla nəticələnib.
Külək qərb zonasının digər rayonu Göygöldə də fəsadlara yol açıb. Rayon sakini Elnarə Rəsulovaya məxsus həyət evinin hasarı uçaraq avtomobilin üzərinə düşüb. Evə də ziyan dəyib.
Gəncə Regional Hidrometeorologiya müəssisəsindən verilən məlumata görə, qeyri-sabit hava şəraiti qərb zonasında bu gün günorta saatlarınadək davam edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər