Göyçaylılar bayramda işıqsız qalacaq – FOTO
14-03-2013, 17:55
Oxunub: 5 943
Göyçay şəhər Atatürk küçəsi bina 12-də yaşayan sakinlərə Göyçay Elektrik Şəbəkəsinin rəhbərliyindən bildiriş gəlib.
Bildirişdə deyilir – Göyçay Elektrik Şəbəkəsinin rəhbərliyi sizdən xahiş edir ki, sərf olunmuş elektrik enerjisinin dəyərini 18 mart 2013-cü il tarixinədək ödəyəsiniz. Əks təqdirdə 19 mart 2013-cü ildən borclu olan abonentlərə enrji verilişi dayandırılacaqdır.
Sakinlərdən Bizimxeber.az-a daxil olan şikayətdə qeyd olunur ki, onların elektrik enerjisi ilə bağlı borcları olmadığı halda belə bir elanla rastlaşmaları təəccüb doğurub: “Əvvəla onsuzda borcu olan abonentlərin elektriklə təminatı kəsilir. Yəni, kimsə borclu ola-ola elektriklə təmin olunmur. Diğər tərəfdən niyə məhz bayram axşamını seçərək şantaj şəkilində vətəndaşlara belə bildirişlər gğndərirlər? Məgər bayramdan bir həftə sonra borc ödənilsə, dünya dağılar? Bura bölgədir mərkəz deyil. İnsanlar paytaxtda olduğu kimi yüksək səviyyədə yaşamırlar borcsuz yaşayalar. Məhz bayram günü borcu olacağı təqdirdə işıqlarımızın kəsiləcəyi ilə bağlı xəbərdarlıq camaatı hökümətə qarşı qaldırmaqdan başqa bir şey deyil. Ölkənin hər yerində bəyan edirlər ki, qaz, elektrik, su bayram günlərində fasiləsiz veriləcək bir Göyçayda təhdid edirlər ki, borcunu ödəməsən bayramı qaranlıqda keçirəcəksiniz”.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər