Kürdəxanıda gərginlik
15-03-2013, 11:25
Oxunub: 6 258
Bakı şəhərinin Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində gərginlik yaşanır. Bu barədə Gunxeber.com saytı məlumat yayıb.
Saytın xəbərinə görə, bir neçə gün əvvəl Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları polisin müşayiəti ilə Sabunçu rayon İcra Hakimiyyətinin Kürdəxanı qəsəbəsi üzrə icra nümayəndəliyində yoxlamağa aparmağa gəliblər. Həmin vaxt orda gərginlik baş verib. Eyni zamanda belə yoxlamanın qəsəbə bələdiyyəsində də aparılacağı bildiririlib.
Yoxlamalara səbəb isə kənd sakinlərinin bu iki qurumdan narazılıq etməsi və şikayət ərizəsi yazmasıdır. Bir qrup kənd sakini Kürdəxanı torpaqlarının mənimsənilməsinə və ərazidən keçən yeni yol xətti ilə bağlı plana düşən evlərə görə onlara ayrılan kompensasiyanın böyük hissəsinin mənimsənilməsinə ciddi etiraz edir.
Onların etirazlarından sonra icra nümayəndəliyinə yoxlama gəlib və bu zaman orada gərginlik baş verib. Vəziyyətin getdikcə nəzarətdən çıxdığını görən icra nümayəndəsi Rafiq Rzayev istefa verməyə məcbur olub.
Daha sonra narazı sakinlərin bələdiyyənin binası qarşısına toplaşıblar. Əraziyə polis qüvvələri gəlib və orda insident baş verib. Bir müddət polislərlə əhali arasında ciddi gərginlik yaşanıb. Narazı sakinlər geri çəkilmirlər və öz haqlarını tələb edirlər.
Baş prokurorluq yanında Korrupsiyaya Qarşı Mübaizə İdarəsinin əməkdaşları isə hazırda narazı sakinlərin şikayətləri əsasında Kürdəxanı bələdiyyəsində yoxlamalar aparırlar. Artıq bu bələdiyyənin bir neçə üzvünün istefa verdiyi bildirilir.
Yoxlamanın ilkin nəticəsi olaraq ortaya ciddi qanunsuzluqların çıxdığı bildirilir.
Məsələ ilə bağlı icra başçısının köməkçisi Müslüm Mahmudov Gunxeber.com-a bildirib ki, onda bu barədə məlumat yoxdur: “Hazırda icra başçısı burda deyil, buna görə də məsləni dəqiqləşdirmək imkanım yoxdur. Məsələni dəqiqləşdirib məlumat verərik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər