İcra başçısı axır ki, narazı camaatla görüşdü
30-03-2011, 19:05
Oxunub: 7 629

Bu gün Sabirabad rayonunun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı kənd sakinləri Əsgərbəyli kəndində yığışıblar.
Onlar ötən ilki daşqınlardan sonra sakinlərə veriləcək kompensasiyaların düzgün hesablanmamasından, bəzi ailələrə isə ümumiyyətlə, kompensasiyalar ödənilməməsindən şikayətlənirlər.
Bu səbəbdən aksiya keçirmək istəyirdilər.Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Heydər Abbasov kəndə gəlib aksiya keçirmək istəyən sakinlərlə görüşüb. O, problemlərin tez bir zamanda həll olunacağına söz verib. Kənd sakinləri də onun verdiyi vədlərin doğrulacağına ümid etdiklərini bildiriblər. Onlar deyirlər ki, vədlər yerinə yetirilməsə, yenidən etiraz aksiyalarına başlayacaqlar.
Sakinlərin əsas şikayətlərindən biri də icra nümayəndəsindəndir. Həmin şəxs vəzifəsindən azad olunub. Sakinlər bildirirdilər ki, o, kompensasiyaların ödənilməsində qanunsuzluqlara yol verib./Bolgexeber.com/
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər