BolgeXeber.Com » Bölgə » Lənkəran-Lerik şosesində torpaq sürüşməsi: nəqliyyatın hərəkətində problem yaranıb
Lənkəran-Lerik şosesində torpaq sürüşməsi: nəqliyyatın hərəkətində problem yaranıb
21-03-2013, 13:00
Oxunub: 4 902
Lənkəran-Lerik şosesində növbəti dəfə torpaq sürüşməsi baş verib.
APA-nın məlumatına görə, hadisə martın 21-də gecə saat 04.00 radələrində yolun 17-ci kilometrliyində qeydə alınıb. Sel sularının yuyub gətirdiyi lil-torpaq, daş və qaya parçaları şose yolun 100 metrlik ərazisinə tökülərək nəqliyyatın hərəkətini iflic edib.
43 saylı Lerik Rayon Yol İstismar Sahəsinin qəza briqadasının və ağır texnikasının müdaxiləsi nəticəsində saat 07.00 radələrindən yolda maşınların gediş-gəlişi qismən bərpa olunub.
Şahidlərin verdikləri məlumata görə, sürüşmə davam edir. Martın 17-18-də yağan yağışların törətdiyi sel suları nəticəsində sıldırım dağlardan yola tökülən daş və qaya parçaları nəqliyyat vasitələri və sərnişinlər üçün real təhlükəyə çevrilib. Ərazidə sürüşmənin bu cür davam edəcəyi təqdirdə şose yolun tamamilə bağlanması istisna olunmur
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər