Öcalanın məktubu meydana 1 milyon adam topladı
22-03-2013, 09:55
Oxunub: 4 936
Türkiyədə PKK lideri Abdullah Öcalanın İmralı həbsxanasından göndərdiyi məktubda yazılanları dinləmək üçün 1 milyondan çox kürd Diyarbəkirin mərkəzi meydanına toplaşıb. Türkiyə KİV-ləri xəbər verir ki, Öcalan məktubunu kürd partiyası BDP-dən olan millət vəkilləri vasitəsilə göndərib. Həmin məktubda kürd məsələsinin həllinə dair Öcalan tərəfindən hazırlanmış yol xəritəsinin əksini tapdığı bildirilir. PKK liderinin yol xəritəsi ilə kürdləri tanış etmək üçün BDP Diyarbəkirdə görünməmiş miqyasda Novruz toplantısı təşkil edib.
Qeyd edək, Türkiyə hökuməti ilə Öcalan arasında neçə vaxtdır danışıqlar gedir, baş nazir Ərdoğan müxalifətin sərt etirazlarına baxmayaraq PKK lideri ilə hökumət arasında birbaşa danışıqların keçirilməsinə göstəriş verib. Hökumət PKK-çılara vəd edir ki, silahlı mübarizənin dayandırılmasının əvəzində onların Türkiyəni tərk etməsinə icazə veriləcək. Həmçinin həbsxanalardakı PKK-çıların böyük qismi aministiya nəticəsində azadlığa çıxacaq. Hökumət ölkənin yeni Konstitusiuyasında kürdlərə daha geniş hüquqlar verilməsini də vəd edir.
Diyarbəkirdəki toplantının təhlükəsizliyini təmin etmək üçün 5 mindən çox BDB üzvü səfərbər olunub. 500-dən çox jurnalist toplantı meydanında gözləyir, telekanallar toplantını canlı yayımlayacaqlar. Toplantının keçirildiyi meydanda Öcalanın çoxlu sayda portretləri gözə dəyir, lakin bir dənə də olsun Türkiyə bayrağı meydanda yoxdur (musavat.com).
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər