Şirvan-Sabirabad yolunda tükürpədici qəza
22-03-2013, 10:10
Oxunub: 6 030
Bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda dəhşətli yol qəzası olub. Bu qorxunc olay nəticəsində avtomobildə olanlar həyatını itirib. Bu barədə hadisə şahidləri məlumat veriblər. Onların sözlərinə görə, Şirvandan Sabirabada gedən yolda hərəkət edən 3 avtomobil toqquşub.
Olay şahidləri bildirdilər ki, qəza “VAZ 2107” markalı minik maşını ilə "Mercedes" markalı avtomobil toqquşması nəticəsində baş verib.
Hazırda əraziyə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları və Təcili yardım briqadası işləyir.
Olay təfərrüatlarını yazmaqda davam edəcəyik.
***
Sabirabad Rayon Polis Şöbəsindən ans press-ə bildirdilər ki, bu gün səhər saatlarında Şirvan-Sabirabad yolunda baş verən qəzaya səbəb "Mercedes" markalı avtomobil, VAZ 2107 və VAZ-2115 markalı maşınların toqquşması olub. Qəza nəticəsində 2 nəfər ölüb, 2-si isə ağır yaralanıb. Yaralananlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hazırda Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları ölən və yaralananların kimliyini və hadisənin baş vermə səbəblərini araşdırır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər