BolgeXeber.Com » Bölgə » Millimiz üçün qələbə şansı: Azərbaycan Lüksemburqla üz-üzə

Millimiz üçün qələbə şansı: Azərbaycan Lüksemburqla üz-üzə

22-03-2013, 10:35
Oxunub: 4 560 Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır. Azerisport.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi yığmamız səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, bu, komandamızın cari seçmə mərhələdəki beşinci oyunu olacaq. Foqtsun yetirmələri ötən ilə təsadüf edən ilk dörd oyunda öncə Bakıda İsraillə 1:1 hesablı heç-heçəyə razılaşmış, ardından səfərdə Portuqaliya (0:3) və Rusiyaya (0:1) məğlub olmuşdu. 2012-ci ilə təsadüf edən son rəsmi görüşdə isə Şimali İrlandiya ilə səfər heç-heçəsinə (1:1) nail olmuşduq. Göründüyü kimi, qrupdakı rəqiblərimizdən indiyə qədər yalnız Lüksemburqla münasibətlərimizə aydınlıq gətirməmişik. Birinci dövrənin son oyununda yığmamız həm də ilk qələbəsini rəsmiləşdirə bilər. Çünki Lüksemburq yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 151-ci yeri tutur. Millimiz isə reytinq cədvəlindəki yerinə görə (116-cı pillə) bu rəqibindən xeyli öndədir.

DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
22 mart

23:15. LÜKSEMBURQ – AZƏRBAYCAN

Hakimlər: Padrayq Satton, Mark Qeyin, Dermot Brayton, Neyl Doyl (hamısı İrlandiya).
Hakim-inspektor: Marsel Vanelşoxt (Belçika).
Komissar: Volfqanq Tyerrixter (Avstriya).
Milli.az