Hacıqabul rayonunda “Novruz” şənliyi qeyd olunur-FOTO
19-03-2019, 15:07
Oxunub: 6 300
Çox qədim tarixə malik olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur
Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Günəş dünyanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçdiyi vaxt gecə ilə gündüz bərabərləşir…Bu vaxt qış qurtarır, yaz fəsli başlayır.Elə Novruz bayramı da bu gündə keçirilir. Deməli Novruz bayramı əslində yazın, baharın ilk günü, təbiətin canlanması, torpağın oyanması bayramıdır.
Bu gün, yəni 19.03.2019-cu il tarixində Hacıqabul rayonunda Novruz bayramı münasibəti ilə ümumrayon "Novruz" şənliyi keçirildi. Ətraf başdan-başa Novruz atributları, milli adət-ənənələrimizi əks etdirən simvollarla bəzədilmişdi. Çörək bişirən qadınlar, idman edən uşaqlar, pəvləvanlar, çiyabaz, yumurta döyüşənlər, bir sözlə, hərə öz məharətini göstərirdi. Şənlikdə rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov başda olmaqla bütün idarə və təşkilatlarının kollektivləri, rayon əhalisi iştirak edirdilər. Bura toplaşan hər bir Hacıqabullunun çöhrəsində bayram əhval-ruhiyyəsi hiss olunurdu.İcra Hakimiyyətinin başçısı idmançıların müşayəti ilə, Dədə Qorqudun xeyir-duası ilə bayram tonqalını yandırdı. Sonra rayon Mədəniyyət evinin "Nur" instrumental ansambılı şən musiqilərlə çıxış etdilər.Tədbirdə müğənnilər Şəhla Əhmədova, Gülyaz və Gülyanaq bacıları, Zakir Saniyev şən musiqilərlə bayrama gözəllik qatdılar. Bayram şənliyi Dədə Qorqud və Bahar qızın xoş arzuları, Kosa və Keçəlin bir-birindən məzəli səhnəcikləri, müğənnilərin ifasında səslənən şən musiqi sədaları altında milli geyimli oğlan və qızların bir birini əvəz edən rəqsləri ilə günün yarısına kimi davam etdi.
Bolgexeber.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər