BolgeXeber.Com » Bölgə » İsmayıllıda aksiyaya çıxanlardan 1000 manat alınır

İsmayıllıda aksiyaya çıxanlardan 1000 manat alınır

28-03-2013, 17:30
Oxunub: 5 072 İsmayıllıda məmur övladlarının özbaşınalığına etiraz edərək, küçələrə çıxan vətəndaşlar polis şöbəsinə çağırılaraq təzyiqlərə məruz qalır. Bu barədəModerator.az-a rayon sakinləri məlumat verib. Xəbərdə bildirilir ki, aksiya zamanı küçələrə çıxan insanların şəxsiyyəti video görüntülərdə müəyyən edilir və onlar polisə aparılır. Vətəndaşları həbs hədələyən rayon polisi onlardan 1000 manat məbləğində rüşvət alır.
İsmayıllı Rayon Polis İdarəsindən bu məsələyə münasibət öyrənmək istəsək də ancaq cavab ala bilmədik.