Biləsuvar sakini rayonun ƏSMM-nin müdirindən prezidentə şikayət edir
29-03-2013, 11:40
Oxunub: 7 071
Bolgexeber.com-a Biləsuvar rayon Ovçubərə kənd sakini Ağayeva Naibə Xanverdi qızı tərəfindən prezidentə ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
Azərbaycan Respublikasının prezidenti , Ali baş komandan İlham Əliyev cənablarına ,
Surəti Azərbaycan Respublikası Heydər Əliyev fondunun sədri, millət vəkili Mehriban xanım Əliyevaya
Surəti Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov cənablarına ,
Surəti Azərbaycan Respublikasının baş prokurorluğu yanında Korrupsiya və rüşvətxorluğa qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev cənablarına
Surəti Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Əkbərov cənablarına Biləsuvar rayon Ovçubərə kənd sakini Ağayeva Naibə Xanverdi qızı tərəfindən :
ŞİKAYƏT– ƏRİZƏSİ
“Dövlətimizin səlahiyyət sahibi olan hörmətli nümayəndələri mən bir Azərbaycan qadını kimi üzümü sizə tutaraq rəsmi şəkildə müraciət edirəm. Məni bu müraciəti etməyə vadar edən səbəb Biləsuvar rayon ƏSMM-nin müdiri Azər Cəfərlinin bu gün rayonda sözün əsl mənasında bütün hüdudları kobudcasına aşaraq etdiyi cinayətlərin miqyasını daha da atırmaqda olmasıdır. O bu gün stulunda əyləşdiyi idarəni rüşvətin taktiki mini poliqonuna çevirmişdir. Top ataraq hədəf vurmaqdadır. Əgər belə olmasaydı o, cənab prezidentin ölkədə mütamadi olaraq rüşvətxorluğa və korrupsiyaya qarşı qəti mübarizə qərarını baş ayaq icra etməzdi.
Cənab prezidentin məlum korrupsiya qarşı verdiyi qərardan sonra ölkədə bir neçə rayonlarda bu idarələrin rəhbərlərini işdən götürərək həbs olunduqları zaman bu şəxs də , yəni Azər Cəfərli də hörmətli nazir Fizuli Ələkbərovun fərmanı ilə işdən azad edilmişdi. Çünki onun fəaliyyətində çoxlu nöqsan və korrupsiya faktları var idi. Lakin sonradan bizlərə məlum olmayan səbəbdən bu şəxsin barəsində heç bir tədbir görülmədən və heç bir məsuliyyətə alınmadan idarənin yenidən müdiri təyin etdilər. Azər Cəfərli də bu etdiyi özbaşnalıqlardan və cinayətlərdən bir nəticə çıxarmaq əvəzinə idarənin köhnə quldur komandasını yenidən başına topladı. İndi isə öz çirkin və qanunsuz əməllərinin miqyasını artırmaqdadır.
Möhtərəm prezident və dövlət rəsmiləri öncə özüm haqqında qısa məlumat vermək istəyirəm. Mən , Ağayeva Naibə Xanverdi qızı Ovçubərə kəndində yaşayıram. Himayəmizdə üç azyaşlı övladımız var. Dolanışığımız çox çətin və dözülməz vəziyyətdədir. Həyat yoldaşım heç bir yerdə işləmir. Doğrusu işləməyə bir yerdə yoxdur. Ailəmizə heç bir yerdən məvacib gəlmir. Bir neçə il olardıkı rayon ƏSMM-nin müdirinə müraciət edərək dolanışığımız üçün dövlətimizin əhalinin kasıb və imkansız təbəqəsi üçün ayırdığı ünvanlı sosial yardımının bizim ailəyə şamil edilməsini xahiş etdik. Çox çətinliklə belə olsa da nəhayət bizim ailəyə cüzi miqdarda pul təyin etdilər. 2013-cü ilin fevral ayının əvvəlində sənədlərimizin vaxtı bitdiyindən yenidən sənəd toplayıb mərkəzə təqdim etdim. Dəfələrlə idarəyə gedib bizə məxsus olan kartın verilməsini xahiş etsəkdə mərkəzin ünvanlı sosial yardım şöbəsini müdiri Ədalət adlı bir şəxs bizə deyir ki, nazirlikdən bizə tapşırıq verilib ki, 2013-cü ilin sonuna qədər verilmiş ümumi sənədlərə yardım təyin edilməyəcək. Çox qəribədir ki, nazirliyin qərarı tək bizim Biləsuvar rayonuna şamil edilir. Halbuki bu adam ehtiyat etdikləri şəxslərdən aldığı rüşvətin müqabilində dərhal təyinat verərək yaxşı hesablama aparırlar.
Möhtərəm prezident və dövlət rəsmiləri sonda bir daha üzümü bu dövlətin bir vətəndaşı olaraq sizlərə tutub deyirəm Azər Cəfərli və onun pul yığanı və digərləri barəsində qanuna müvafiq tələblər çərçivəsində ciddi surətdə ölçü götürməyinizi xahiş edirəm”.
Hörmətlə ,Naibə Ağayeva
28 mart , 2013-cü il
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər