Ağcabədidə polis əməkdaşı vətəndaşın sahəsini zəbt edib
29-03-2013, 12:45
Oxunub: 5 293
Bolgexeber.com-a Ağcabədi şəhər sakini Mehdiyeva Gülbəniz tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Hörmətli Bolgexeber.com internet portalı ,mən 1996-cı ildən Ağcabədi şəhər Ə.Talıbov küçəsindəki 69 nömrəli şəxsi evimdə məskunlaşmışıq.Həyat yoldaşım Laçın rayonundan məcburi köçkündür,iki övladımız var.Yaşayış evimin həyətyanı sahəsindən 2,5 h-nı Ağcabədi RPŞ-nın əməliyyat müvəkkili işləyən Talıbov Hüseyin Əli oğlu vəzifə səlahiyyətlərindən istifadə edərək zor gücünə zəbt edib.Qanunlarımızın keşiyində dayanmış polis zabitinin qanunsuz hərəkətləri barədə Ağcabədi Rayon Prokurorluğuna və Polis şöbəsinə dəfələrlə müraciət etsəkdə H.Talıbova dür deyə biləcək bir məmur tapılmadı. Fevral ayında Cənab Prezidentimiz İ.Əliyev Nazirlərin və Rayon İcra Başçılarının iştirakı ilə keçirdiyi müşavirədən sonra hesab edirdik ki, tutduğu vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz əməllərlə məşğul olan H.Talıbov da bu əməlindən əl çəkəcək.Çox təssüf ki, bu müşavirədən sonra H.Talıbov zor gücünə zəbt etdiyi həyətyanı sahəmizdə qanunsuz tikinti işlərini sürətləndirdi.
Hörmətli redaksiya ,sizdən çox xahiş edirəm düşdüyümüz bu çətin vəziyyətdə bizə köməklik edərək haqq səsimizi Cənab Prezidentimiz İ.Əliyevə çatdırasınız bəlkə qanun keşikçisinin özbaşnaçılıqının qarşısının alınması üşün aidiyyatı orqanlara lazımi göstəriş versin.”
Ağcabədi şəhər,Mehdiyeva Gülbəniz Qurban qızı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər