BolgeXeber.Com » Bölgə » Yardımlıda Azərbaycanlıların Soyqırım Günü anılıb

Yardımlıda Azərbaycanlıların Soyqırım Günü anılıb

29-03-2013, 13:00
Oxunub: 4 913 Bolgexeber.com xəbər verir ki,martın 28 –də RİH-nin konfrans zalında "31 mart Azərbaycanlıların Soyqırım günüdür" mövzusunda dəyirmi masa keçirilib.Yığıncaqdan öncə rayon mərkəzində yerləşən soyqırım abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri qoyulub. Yığıncaqda çıxış edən rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov bildirmişdir ki, 1918-ci ilin mart qırğınları, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları və deportasiya ilə bağlı məsələyə ilk siyasi-hüquqi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi. Azərbaycan Respublikası Prezidentinin “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli 656 nömrəli və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli 690 nömrəli fərmanları bu baxımdan mühüm əhəmiyyətli sənədlər oldu. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 mart tarixli 690 nömrəli Fərmanında ilk dəfə olaraq azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların – soyqırımların rəsmən adı çəkilmiş, xalqımıza qarşı aparılmış etnik düşmənçilik siyasətinin kökləri açılmış, davakar erməni millətçilərinin mənfur fəaliyyətinə siyasi qiymət verilmişdir. Bu Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Azərbaycan xalqının başına gətirilən bu müsibətlər unudulmamalı, bütün bunlar olduğu kimi dünya ictimaiyyətinə çatdırılmalı və beynəlxalq miqyasda siyasi-hüquqi qiymət verilməlidir.Yığıncaqda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak edib.